İzzəddin Aybək (1257, Qahirə) — Misir Məmlük dövlətinin qurucusu və ilk sultanı olan Qıpçaq bəzi qaynaqlara görə Türkman kökənli hökmdar. 1250 və 1257-ci illər arasında hökm sürmüşdü.
Həyatı Dövlətin qurucusu olan Aybək, Əyyubilər dövlətində yaşanan daxili qarışıqlıqlara son qoymaq məqsədilə Misirə gəlmiş və Əyyubilər dövlətini yıxaraq Məmlüklər dövlətini qurmuşdur. Bu dönəmdə Misirdə yaşanan Şiə məzhəbli Ərəb üsyanları məğlub edilmiş və Suriya Əyyubilərinə son verilmişdir.
Məmlüklər 1250-ci ildən 1382-ci ilə qədər Bəhri Məmlüklər (Türk kökənli), 1382-ci ildən 1517-ci ilə qədər isə Bürci Məmlüklar (Çərkəz kökənli) olaraq adlandırılmışdılar.
Üsyan 1253-cü ildə Misirdə Bəhri məmlüklərinə qarşı bədəvi üsyanı baş vermişdir. İştirakçıları Şimali Afrikada yaşayan köçəri ərəblər, əsasən, bədəvilər olmuşdur. Yuxarı Misirin 12 min süvaridən və çoxlu piyadadan ibarət üsyançı qoşunu şimala doğru hərəkət etmişdir. Lakin Sultan Aybəkin qoşunları üsyanı yatırmışdır. Aşağı Misir bədəviləri də hökumət qoşunları tərəfindən məğlubiyyətə uğradılmışdır.
Həmçinin bax Məmlüklər Məmlük dövləti
İstinadlar
Mənbə Muir, William (2007) The Mameluke or slave dynasty of Egypt, 1260–1517 Piscataway, NJ: Gorgias Press. ISBN 978-1-59333-697-4. (Birinci basım: Smith, Elder 1896)
Xarici keçidlər
Kateqoriya:Hökmdarlar Kateqoriya:Öldürülmüş hökmdarlar Kateqoriya:Misir tarixi Kateqoriya:1257-ci ildə vəfat edənlər Kateqoriya:Qahirədə vəfat edənlər Kateqoriya:Səlib yürüşlərində müsəlmanlar