Baldırın ikibaşlı əzələsi ya insan baldırının arxa səthində iki başdan ibarət əzələ. Baldırın üçbaşlı əzələsinin hissəsi olan kambalayabənzər əzələnin () üzərində yerləşərək birlikdə Axilles vətəri vasitəsilə daban sümüyünə birləşir. Baldırın ikibaşlı əzələsi iki içəri və bayır güclü və ətli əzələ başlarından təşkil olunmuşdur. Daha qüvvətli içəri başcıq () bud sümüyünün üzərindəki qabarcıqdan, bayır başcığı isə () simmetrik olaraq amma bir qədər aşağıdan üzərindəki qabarcıqdan başlayır. Hər iki əzələ başı baldırın ortasında bir-biri ilə birləşərək aşağıya doğru ümumi bir vətərə keçərək, daha sonra kambalayabənzər əzələnin () vətəri ilə ümumiləşərək Axilles vətərinə () keçərək onun vasitəsilə daban sümüyünün müvafiq qabarcığına bağlanır.
Kateqoriya:Əzələ sistemi Kateqoriya:Baldır əzələləri