— kəllənin beyin şöbəsinə aid cüt sümüklərdəndir. Kələ əsasının və yan divarlarının təşkilində iştirak edir. Onda eşitmə mə müvazinət üzvüləri, daxili yuxu arteriyası, "S"-bənzər cibin bir hissəsi, dəhliz-ilbiz siniri və üz siniri, üçlü sinirin düyünü, azan sinirinin şaxələri və dil-udlaq siniri yerləşir.

Gicgah sümüyü üç hissədən ibarətdir; bunlar xarici qulaq dəliyini — əhatə etmişdir. Bu dəlik öz növbəsində xarici qulaq keçəcəyinə — açılır. Xarici qulaq dəliyindən yuxarı və ön tərəfə pullu hissə və ya gicgah pulu — , ön və aşağı tərəfdə təbil hissə — və içəri tərəfdə daşlıq hissə — yerləşmişdir.

Tikişləri

Pullu hissə Pullu hissənin daxili beyin səthi — və xarici gicgah səthi — vardır. Beyin səthində — adlı beyin səthinə müvafiq barmağabənzər basırıq və vena və arteriyalara məxsus sırım gözə çarpır. Gicgah səthi hamardır və arxasında şaquli istiqamətdə gedən orta gicgah arteriyasına məxsus şırım — vardır. Pullu hissədən önə doğru iki köklü almacıq çıxıntı — ayrılır. Bundan arxaya və yuxarıza doğru gicgah xətti — gedir və təpə sümüyünün aşağı gicgah xətti ilə birləşir. Almacıq çıxıntı kökləri arasında çənə ilə calanmaya məxsus çuxur — vardır. Bu çuxurdan önə, almacıq çıxıntının ön kökü üzərində oynaq qabarcığı — olur.

Təbil hissə Təbil hissə xarici qulaq dəliyinin aşağı və ön tərəfini əhatə etmişdir. Bunun yuxarı səthində xarici qulaq keçəcəyinin dibində qulaq pərdəsinə məxsus şırım — vardır. Təbil hissənin xarici kənarı qövs şəklində olub ön ucu kiçik təbil tini — adlanır. Xarici qulaq dəliyinin üstündə kiçik çıxıntı — vardır.

Daşlıq hissə Daşlıq hissə üçüzlü piramidaya bənzəyir. Bunun zirvəsi — ön və içəri tərəfə baxır, əsası dal və bayır tərəfdə məməyəbənzər çıxıntı — adlanan hissəyə keçir. Bu çıxıntının içəri səthində oyma — vardır. Bu oymadan içəri ənsə arteriyasına məxsus şərəm — keçir. Məməyəbənzər çıxıntının daxili səthində venoz cibə məxsus "S"-ə bənzər cib şırımı — vardır. Bu şırımım üzərinə müxtəlif böyüklükdə adlanan dəlik açılır. Çox vaxt həmin dəlik ənsə-məməyəbənzər tikiş — üzərində yerləşir. Məməyəbənzər çıxıntı daxilində hava ilə dolu hüceyrələr — vardır. Məməyəbənzər çıxıntının dal kənarı — ənsə sümüyü ilə birləşərək yuxarıda qeyd olunan tikişi əmələ gətirir. Daşlıq hissənin üç səthi vardır: ön səthi — , dal səthi — və aşağı səthi — və üç kənarı vardır: yuxarı kənarı — , dal kənarı — və ön kənarı — vardır.

Ön səthi Ön səthində zirvəyə yaxın üçlü sinirin qanqlionuna məxsus basıqlıq () və bundan dala və bayır tərəfə böyük daşlıq siniri kanalı deşiyi — yerləşmişdir. Həmin deşikdən önə doğru böyük daşlıq siniri şırımı — gedir. Bu şırımdan bayır tərəfə kiçik daşlıq siniri şırımı — yerləşmişdir. Kiçik daşlıq siniri şırımının arxa ucu kiçik daşlıq siniri kanalı deşiyinə — keçir. Daşlıq hissənin yuxarı səthinin ortasında hündürlük — vardır. Bu hündürlükdən bayır tərəfə nazik səfhə təbil boşluğunun (orta qulağın) damını — təşkil edir. Pullu hissə ilə daşlıq hissə arasında adlanan kanal keçir. Bu kanal bir arakəsmə vasitəsilə iki yarım kanala bölünür: yuxarıda qulaq pərdəsini gərginləşdirən əzələ yarım kanalı — və aşağıda eşitmə borusu yarım kanalı — . Daşlıq hissənin dal səthini ön səthindən ayıran yuxarı kənar üzərində yuxu daşlıq cib şırımı — və həmin səthi aşağı səthdən ayıran dal kənar üzərində aşağı daşlıq cib şırımı — vardır.

Arxa səthi Arxa səthin ortasında daxili qulaq keçəcəyi — ilə birləşən daxili qulaq dəliyi — vardı. Daxili qulaq keçəcəyinin dibindən uz kanalı — başlanır. Daxili qulaq dəliyindən arxa və yuxarıda beynin sərt qişası çıxıntılarına məxsus adlanan çuxur yerləşmişdir. Uşaqlarda bu çuxur çox geniş olur. daxili qulaq dəliyindən arxa və aşağıda bir dəlik — dəhliz su kəmərinin xarici dəliyi — vardır. Bu dəliyin önündə daşlıq hissəsnin dal kənarında ilbiz kanalcığının xarici dəliyi — vardır.

Aşağı səthi Aşağı səthi qabarıqlı olub arxa tərəfində biz çıxıntı — vardır. Həmin çıxıntı təbil hissənin biz çıxıntı yatağı — adlanan səfhəsi ilə örtülü olur. Biz çıxıntıdan arxaya — adlanan dəlik vardır. Bu dəlikdən üz siniri xaric olur. Yuxarıda göstərilən dəlik və çıxıntıdan qabaq tərəfə vidaci çuxur — vardır. Bunundibində məməyəbənzər kanalcıq — kiçik bir dəlik vasitəsilə başlayır. Daşlıq hissənindal kənarında vidaci oyma — və vidacidaxili çıxıntı — vardır. Vidaci oyma ənsə sümüyündə olan eyni adlı oyma ilə birləşərək vidaci dəliyi — əmələ gətirir. Vidaci çuxurdan bayır tərəfdə yuxu kanalının xarici dəliyi — yerləşmişdir. Daşlıq hissənin aşağı səthində yuxu kanalının xarici dəliyi, vidaci çuxur və ilbiz kanalcığının xarici dəliyi yerləşmişdir. Daşlıq hissənin zirvəsində yuxu kanalının daxili dəliyi — olur.

Gicgah sümüyünün yarıqları Gicgah sümüyün hissələri arasında yarıqlar vardır: pullu hissə ilə daşlıq hissə arasında daşlıq-pullu yarıq — , daşlıq hissə ilə təbil hissə arasında daşlıq-təbil yarığı — , təbil hissə ilə məməyəbənzər hissə arasında təbil-məməyəbənzər yarıq — və təbil hissə ilə pullu hissə arasında təbil-pullu yarıq — vardır.

Gicgah sümüyü kanalları Gicgah sümüyündə bir neçə kanallar vardır.

Üz kanalı Daxili qulaq keçəcəyinin dibindən orada olan köndələn daraqdan yuxarı üz kanalı — başlayır və daşlıq hissənin yuxarı səthinin altı ilə içəri tərəfdən bayıra doğru gedir, sonra geriyə dönür və üz kanalının dizini — əmələ gətirir. Bir qədər geriyə doğru gedərək, şaquli istiqamət alır və aşağıya doğru enir, burada ikinci diz təşkil edərək daşlıq hissənin aşağı səthində olan biz-məməyəbənzər dəlikdə qurtarır. Üz kanalının çıxacağından bir az yuxarı təbil telinə məxsus adlanan kanalçıq başlanır. Bu kanalcıq təbil boşluğundan keçərək daşlı-təbil yarığında — tamam olur. Təbil teli kanalcığından yuxarı üz kanalı məməyəbənzər kanalciq — ilə çarpazlaşır; məməyəbənzər kanalcıq daşlıq hissənin aşağı səthində olan vidaci çuxurdan başlayaraq təbil-məməyəbənzər yarığında qurtarır.

Təbil kanalcığı Təbil kanalcığı — daşlıq hissənin aşağı səthində olan daşlıq çuxurcuğundan başlayıb təbil boşluğuna keçir və daşlıq hissənin yuxarı səthində tamam olur.

Yuxu kanalı Yuxu kanalı — ən geniş kanallardan olub, daşlıq hissənin aşağı səthində xarici yuxu dəliyi — vasitəsilə başlayır, yuxarıya doğru gedir və daşlıq hissənin zirvəsində daxili yuxu dəliyi — vasitəsilə kəllə boşluğuna açılır. Yuxu kanalının divarında yuxu-təbili kanalcıqları — başlayaraq, təbil boşluğuna açılır. Gicgah sümüyünün məməyəbənzər çıxıntısı yeni anadan olmuş uşaqlarda çox az inkişaf etmiş olur: xarici qulaq keçəcəyi əvəzində təbil pərdəsinə məxsus halqa — vardır.

Həmçinin bax Gicgah payı

İstinadlar

Kateqoriya:Kəllə sümükləri Kateqoriya:Otologiya