Saday Həmid oğlu Abbasov () — fizika riyaziyyat elmləri namizədi (1984), dosent (2005–2012).
Həyatı Saday Həmid oğlu Abbasov 1955-ci il iyunun 19-da Bərdə rayonu Mirzalıbəyli kəndində anadan olub.
1962–1972-ci illərdə Salyan şəhəri 4 saylı məktəbdə oxuyub.
1972–1977-ci illərdə BDU-nun (köhnə ADU-nun) fizika fakültəsində təhsil alıb.
1977–1978-ci illərdə Azərbaycan EA-nın "Kaspi" EM-də mühəndis işləyib.
1978-ci ildən BDU-da çalışan Saday Abbasov Fizika fakültəsinin "Optika və molekulyar fizika" kafedrasında mühəndis (1978–1979) işləmişdir.
1979–1994-cü illərdə isə BDU-nun Fizika fakültəsinin Molekulyar biofizika kafedrasında və ETL-da kiçik elmi işçi vəzifəsində çalışmışdır.
Sonrakı illərdə BDU-nun Fizika fakültəsində baş müəllim (1994–1996), böyük elmi işçi (1996–2005), 2005-ci ildən ömrünün sonuna qədər (6 may 2012) isə "Optika və molekulyar fizika" kafedrasında dosent vəzifəsində çalışmışdır.
1984-cü ildə "Heksadeka-Valinomisin molekulunun və onun bir neçə üzvü ionlarla qeyri-valent komplekslərinin nəzəri konformasiya analizi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika–riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
Molekulyar fizika və Biomolekulların fizikası Saday Abbasovun tədqiqat sahəsi idi.
1997-ci ildən etibarən həm də sahibkarlıq fəaliyyətilə də məşğul olmuşdur.
6 may 2012-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Ailəli idi, beş övladı yadigar qalıb.
Kitabları 2008, dərs vəsaiti "Fizika məsələləri (mexanika)"
Seminar, simpozium və konfranslarda iştirakı 1978, Bakı, Azərbaycan, "Molekullar arası qarşılıqlı təsir və konformasiya " Beynəlxalq Konfrans 1986, Puşino, Russiya, "Полуэмпирический конформационный анализ невалентных комплексов гексадека-валиномицина с органическими ионами" VII Ümumittifaq Simpozium 1987, Puşino, Russiya, "Математические и вычислительные методы в биологии " II Ümumittifaq Seminar 1998, Bakı, Azərbaycan, "Fizikanın aktual problemləri" I Respublika Elmi Konfrans 2000, Erzurum, Türkiyə, "İon-birləşdirici peptidlərin konformasiya analizi" Ulusal Simpozium 2001, Bakı, Azərbaycan, "Fizikanın aktual problemləri" I Respublika Elmi Konfrans 2003, Bakı, Azərbaycan, "Müasir fizikanın aktual problemləri" Respublika Konfransı 2004, Bakı, Azərbaycan, "Elm və təhsildə informasiya-kommunikasiya texnologiyalarının tədbigi" Beynəlxalq Konfrans 2005, Санкт-Петербург, Россия, "Изучение пространственного строения нейропептида ногистатина" II Rusiya Simpoziumu 2006, Bakı, Azərbaycan, "Fizikanın aktual problemləri" IV Respublika Elmi Konfrans 2008, Bakı, Azərbaycan, "Noqistatin molekulunun heqsapeptid fraqmentinin konformasiya analizi üsulu ilə tədbigi" Beynəlxalq Elmi Konfrans 2008, Bakı, Azərbaycan "Fizikanın aktual problemləri" V Beynəlxalq Elmi-Texniki Konfrans, Milli Aviasiya Akademiyası
Seçilmiş əsərləri 2008, Noqistatin molekulunun hekssapeptid fraqmentinin konformasiya analizi üsulu ilə tədqiqi 2006 Nəzəri konformasiya analizi üsulu ilə noqiseptin reseptorunun C-uclu fraqmentinin tədqiqi 2006 Noqiseptin reseptorunun C-uclu heksapeptid fraqmentinin tədqiqi 2005 İzuçenie prostranstvennoqo stroeniə neyropeptida nocistatin 2004 Noqistatin molekulu və onun fəza quruluşu 2004 Noqistatin molekulunun molekulyar dinamika üsulu ilə tədqiqi 2003 Noqistatin molekulunun fəza quruluşunun nəzəri konformasiya analizi üsulu ilə tədqiqi 2003 Noqistatin molekulunun fəza quruluşu
İstinadlar
Kateqoriya:Bərdədə doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycanlı alimlər