Xalisa — Vedibasar mahalının Vedi rayonunda kənd.

Tarixi

Xalisa - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913, s.259 qeyd edilmişdir. (Erməni mənbələrində) Erməni əsilli kəndin başqa adının Xalisa Gyuley yurd olduğu göstərilirerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.86.

Toponim «dövlət torpağı, dövlətə məxsus olan yer» mənasında işlənən ərəb mənşəli xalisə sözündənƏrəb və fars sözləri lüğəti, Bakı, Azərb.SSR Elmlər Akademiyası nəşriyyatı, 1966. s.683 əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir.

Mədəniyyəti Xalisa kəndindəki 1925-ci ildən fəaliyyətə başlayan ibtidai məktəb 1934-1935-ci tədris ilində yeni istifadəyə verilən məktəb binasında (Köhnə məktəb) yeddiillik məktəbə çevrilmişdir. Yeddiillik məktəb 1963-1964-cü tədris ilində səkkizillik məktəbə çevrilmişdir.

Əhalisi Kənddə 1831-ci ildə 149 nəfər, 1873-cü ildə 864 nəfər, 1886-cı ildə 960 nəfər, 1897-ci ildə 1165 nəfər, 1904-cü ildə 957 nəfər, 1914-cü ildə 1053 nəfər, 1916-cı ildə 1159 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.86-87, 154-155. 1918-ci illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar.

Xaricdən (İran və Türkiyədən) köçürülən ermənilər bu kəndə də yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 311 nəfər azərbaycanlı, 290 erməni, 1926-cı ildə 331 nəfər azərbaycanlı, 240 nəfər erməni, 1931-ci ildə 588 nəfər azərbaycanlı, 276 erməni, 1972-ci ildə 1500 dən artıq azərbaycanlı, 600-ə qədər erməni yaşamışdır.

1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar tamamilə Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olundular. İndi burada yalnız ermənilər yaşayır.

Görkəmli şəxsiyyətləri

Mirələkbər İbrahimov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. İntiqam Bəşirov, (İqtisadiyyat elmləri)üzrə doktor (PhD), Xəzər Universiteti nin müəllimi. Süleyman Məmmədov (tarixçi)

İstinadlar

Mənbə

Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002. Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.

Xarici keçidlər

Xalisa

Kateqoriya:Vedibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri