Hindən qaçış () — 2000-ci ildə 3D formatında çəkilmiş qısametrajlı animasiyadır. Bu animasiya Böyük Britaniyada 1972-ci ildə əsası qoyulmuş "Aardman Animations" studiyasının ilk qısametrajlı animasiyasıdır. Animasiyanın bütün çəkilişləri ABŞ-də "Aardman Animations" studiyası tərəfindən 2000-ci ildə aparılmışdır. Animasiya 1963-cü ildə ABŞ tərəfindən çəkilmiş "Böyük qaçış" filminə parodiyadır. Filmdəki əsirlər animasiyada toyuqlar kimi göstərilmişdir.

Məzmun

Hadisə 1950-ci ildə İngiltərədə Yorkşir qraflığında yerləşən bir toyuq Fermasında baş verir. Cincer, Banti, Bebs və Fouler adlı dörd toyuq digər toyuqlarla birlikdə tel hörgülər arxasında həyatlarını davam etdirməkdədirlər. Toyuqların hamısı hər gün mütləq yumurta qoymalıdırlar. Əks halda onlar cəzalandırılacaqlar. Hər gün yumurta qoymaq isə toyuqların qəzəbinə səbəb olur. Roki və Cincer ferma sahibi olan düşmənlər Kişi və Qadın Tvididən xilas olmaq üçün digər toyuqları qaçmağa razı etmək üçün çalışırlar. Sonunda qərarlarını verib cəhd edirlər. Bu vəziyyətdə ya qurtuluşa çatıb azadlıqlarına qovuşacaq, ya da ferma sahibinə tutulub qaçaqlara verilən "qızardılma" adlı cəza ilə cəzalandırılacaqlar. Lakin onların hər cəhdi uğursuzluqla başa çatır. Hər dəfə cəzalandırılan isə Cincer olur.

Bir dəfə fermaya Roki adında xoruz uçur. Roki toyuqlara uçmağı öyrətməyə söz verir. Həmçinin, söz verir ki, onlar uçaraq buradan qaça biləcəklər. Bu isə toyuqların ən böyük arzusudur. Həmin müddətdə Fermanın sahibəsi Tvidi qərara alır ki, yumurta qoymaq qazancı artırmır. Yalnız xüsusi toyuq yemi ilə qidalanmış toyuqlardan yaxşı "Toyuq piroqu" çıxa bilər. Bu hadisəni Cincer başqa toyuqlara başa salır. Artıq bundan bütün toyuqların xəbəri vardır. Cincer cəzalandırılan zaman Roki onu xilas edir. Sabahısı gün Roki yoxa çıxır. Onlar başa düşürlər ki, Roki Fermaya xüsusi uçan cihazla bura uçmuşdur. Bu səbəbdən onlar şəxsi Təyyarə düzəltməyə başlayırlar. Bu müddətdə Rokki divardan asılmış reklam afişasını: "Xanım Tvididən piroqlu toyuq" - görür. Toyuqların piroqa qatılması üçün düzəldilməyə başlayan maşın artıq hazırdır. Lakin bu müddətdə toyuqlarda şəxsi Təyyarələrini hazırlayıb başa çatdırırlar. Məlum olur ki, əvvəllər Samolyotda komandanlıq edən Yaşlı Xoruz heç də komandanlıq etməmişdir. Buna görə də, Cincer toyuqları idarə etməyə məcbur olur. Toyuqlar Təyyarə ilə uçan zaman Fermanı və Xanım Tviddinin şəxsi evini partladırlar. Xanım Tvidi Samolyotda onlara müqavimət göstərsə də, yerə düşür.

Toyuqların hamısı xilas olmuşlar. Onlar insanların bura ayaq basılmasına qadağan olunmuş adaya çatırlar. Onlar burada cücələr yetişdirməyə başlayırlar. Toyuqlarla birlikdə bura uçan siçovullar da öz Fermalarını yaratmaq istəyirlər. Amma onlar bilmirlər ki, birinci yumurtanı, yoxsa toyuqları götürsünlər.

Treklərin syahısı

Xarici keçidlər

Hindən qaçış Aardmon.com saytında

Kateqoriya:2000-ci ilin cizgi filmləri Kateqoriya:Heyvanlar haqqında filmlər Kateqoriya:2000-ci ilin filmləri Kateqoriya:Toyuqlar haqqında cizgi filmlər Kateqoriya:Siçan və siçovullar haqqında filmlər Kateqoriya:Fermerlər haqqında filmlər Kateqoriya:DreamWorks Pictures filmləri Kateqoriya:Sputnik mükafatı qazanmış filmlər Kateqoriya:İngiliscə Fransa filmləri Kateqoriya:İngilis dilində macəra komediya filmləri Kateqoriya:ABŞ-nin aviasiya filmləri Kateqoriya:Pathé filmləri Kateqoriya:ABŞ cizgi filmləri Kateqoriya:Fransanın komediya macəra filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:Ətraf mühit haqqında filmlər Kateqoriya:Bəstəkar Harri Qreqson-Vilyamsın filmləri Kateqoriya:Con Pauellin bəstəkarı olduğu filmlər Kateqoriya:Stop motion cizgi filmləri Kateqoriya:ABŞ-nin faciəvi komediya filmləri