Qızılkilsə — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Kəndin digər adı Dəmirçihasanlıdır. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qızılkilsə kənd inzibati-ərazi dairəsinin mərkəzidir.

Başkeçid rayonunda Bö­yük Dəmirçihə­sənli (indi Qızıl­kilsə), Kiçik Dəmir­çi­həsənli (indi Şindilər) adlı kəndlər vardır.

Coğrafiyası Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 8 km şimal-şərqdə, Lükün-Şindi dağının şərqində yerləşir.Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli. Gürcüstan Azərbaycanlıları. Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. Tbilisi, 2006-cı il, səh. 34

Əhalisi Kənddə 1870-ci ildə 23 ailədə 151 nəfər, 1926-cı ildə 88 ailədə 588 nəfər azərbaycanlı yaşayırdı.Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli. Gürcüstan Azərbaycanlıları. Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. Tbilisi, 2006-cı il, səh. 35

17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 774 nəfər əhalinin 99 %-i etnik azərbaycanlılardan ibarətdir.National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia . ECMI Working Paper #23. February, 2005

1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 775 nəfər əhali yaşayır.დმანისის მუნიციპალიტეტის თვითმმართველობის ვებ გვერდი: დმანისის მუნიციპალიტეტის ინფრასტრუქტურის განვითარების პროგრამა 2010 წელი

Təhsil Kənddə ilk dünyəvi məktəb 1920-ci ildə yaradılmışdır. Hazırda kənddə bir orta məktəb fəaliyyət göstərir.

Tibb Kənddə 1 tibb məntəqəsi fəaliyyət göstərir.

Tanınmış şəxsiyyətlər Fərid Mənsurov — Yunan-roma güləşi üzrə olimpiya və 2 qat dünya çempionu məşhur azərbaycanlı pəhlavan. Əlişir Musayev — Tibb elmləri doktoru, professor. Səadət Buta — Şairə. Mehman Səlimov — Azərbaycanın müdafiə nazirinin siyasi və ictimai işlər üzrə sabiq müavini (1995–1999).

İstinadlar

Kateqoriya:Dmanisi bələdiyyəsinin yaşayış məntəqələri