Duqlas (, men dilində Doolish) — Men adasının 1863-cü ildən paytaxtı, adanın nəqliyyat və iqtisadi mərkəzi. Əhalisi — 26218 nəfər (2006-cı il siyahıyalanması), ada əhalisinin üçdə birini təşkil edir.

Şəhərdə dünyada yeganə atlı tramvay nəqliyyat növü işləyir. Duqlasda dünyada ən qədim parlamentlərdən biri - Tinvald fəaliyyət göstərir.

Coğrafiyası Duqlas iki çayın Du və Qlassın qovuşmasında yerləşir. Şimal-qərbdən və cənub-şərqdən onu təpələr əhatə edir.

İstinadlar

Kateqoriya:Men adası Kateqoriya:Avropa dövlətlərinin paytaxtları Kateqoriya:XII əsrdə yaranan yaşayış məntəqələri Kateqoriya:Avropanın liman şəhərləri