Orta qulağa () təbil boşluğu, eşitmə (Evstax) borusu və qulaq sümükcükləri aiddir. Təbil boşluğu və ya orta qulaq boşluğu — 1sm2 həcmində olub gicgah sümüyünün daşlıq hissəsində daxili qulaqla xarici qulaq arasında yerləşmişdir. Orta qulağın altı divarı vardır.

Divarları Bayır zarlı divar — qulaq pərdəsi və gicgah sümüyü pulunun bir hissəsitəşkil edir. Təbil boşluğunun qulaq pərdəsindən yuxarı olan qisminə təbilüstü cib — deyilir. İçəri divar daxili qulağa söykəndiyi üçün labirint divarı — adlanır. Bunun mərkəyində bir hündürlük — vardır. Bundan aşağı və dala ilbiz pəncərəsi — yerləşmişdirki bu da ilbiz başlanğıcına açılır və özü də ikinci qulaq pərdəsi — deyilən zar ilə örtülmüşdür. Həmin hündürlüyün yuxarısında dəhliz pəncərəsi (oval pəncərə) — yerləşmişdir; bu pəncərə dəhliz labirintinə açılır və qulaq sümükcüklərindən üzəngi əsası ilə tutulmuşdur. Dəhliz pəncərəsindən yuxarı və bir qədər dala üz siniri kanalının divarı tərəfindən əmələ gəlmiş hündürlük — yerləşmişdir. Dal məməyəbənzər divar — gicgah sümüyünün məməyəbənzər çıxıntısına doğru baxır. Uzərində mağara girəcəyi — və bir qədər aşağıda hündürlük — yerləşmişdir. Təbil boşluğunun ön divarını — yuxu kanalının divarı təşkil edir. Bu divarın yuxarı hissəsində eşitmə borusunun daxili dəliyi — açılır. Yuxarı divarı (təbil boşluğu damı) — çox nazik olub təbil boşluğunu kəllə boşluğundan ayırır və gicgah sümüyünün daşlıq hissəsinin deyilən nahiyəsinə müvafiqdir. Aşağı vidaci divarı (təbil boşluğunun dibi) — kəllə əsasında, vidaci çuxura bağır.

Qulaq sümükcükləri

Orta qulaq əzələləri Təbil boşluğunda iki kiçicik əzələ vardır. Üzəngi əzələsi () təbil boşluğunundal divarında yerləşir.

Mənbələr İnsanın Normal Anatomiyası, K. Balakişiyev, 1980, Maarif, III cild, səh. 337–338, UB-999,

İstinadlar

Kateqoriya:Orta qulaq Kateqoriya:Akustika Kateqoriya:Audiologiya Kateqoriya:Duyma orqanları Kateqoriya:Otologiya