grep — mətn verilənindən requlyar ifadəyə uyğun nəticəni tapıb, çıxartmaq üçün istifadə olunan komandadır. İlk versiyası Unix əməliyyat sistemi üçün yaradılmışdır. Hal-hazırda bütün *nix əməliyyat sistemlərində istifadə olunur. grep açılımı — global regular expression print (qlobal requlyar ifadələri çap et) şəklindədir.
İstifadəsi metn.txt faylının içərisindən yeni sözü olan sətirləri tapıb, çıxarmaq istəyirik: grep yeni metn.txt Cari kataloqdakı bütün mətn fayllarının içərisindən yeni sözü olan sətirləri tapıb, çıxarmaq üçün: grep yeni *.txt
Kateqoriya:Linux Kateqoriya:İnformatika Kateqoriya:Unix Kateqoriya:Utilitlər