Düyün — Rejissor Əli İsa Cabbarovun filmi.
Məzmun Filmin qəhrəmanı 15 ildir atasını görmür. Ölüm ayağında olan atası ilə vidalaşmaq üçün ailəsini götürüb ucqar kəndlərinə tələsir. Uşaq ikən belə atası ilə ünsiyyəti az olan qəhrəman vidalaşmaq üçün yetişə bilmir, ancaq dəfnə çatır. Atasının vəfatından psixoloji şok keçirən qəhrəman bunun nəticəsində etiraflarını dilə gətirir, katarsis keçirir, mənəvi saflaşır.
Beləcə, filmdə ümumbəşəri atalar və övladlar probleminə toxunulur.
Film haqqında Film Asif Rüstəmovun "Albalı" hekayəsi əsasında çəkilmişdir.
Film poetik ovqat filmidir. Sözdən çox təsvirə üstünlük verilib. Geniş – ümumi çəkiliş planları üstünlük təşkil edir. Rejissor filmdə soyuq müşahidə manerası üslubunda işləyib.
Filmdə səslənən musiqiləri solistlər ansamblı ifa edir.
Filmin layihəsi Mədəniyyət və Turizm Nazirliyinin "Bu meydan, bu ekran" müsabiqəsinin 5 qalibindən biri olub (2007).
Filmi İsveç TV kanalı alıb.
Festivallar və mükafatlar 1) 2008-ci ildə Düşənbədə (Tacikistan) Didor-2008 III Beynəlxalq Kinofestivalı Ən yaxşı qısametrajlı film kimi Qran-priyə layiq görülmüşdür. 2) 2008-ci ildə Düşənbədə (Tacikistan) Didor-2008 III Beynəlxalq Kinofestivalı Ən yaxşı musiqi həllinə görə bəstəkar Xəyyam Mirzəzadəyə verilmişdir. 3) 2008-ci ildə Tehranda (İran) Rahmat International Film Festival Ən yaxşı bədii film adına layiq görülmüşdür. 4) 2010-cu ildə Gibarada (Kuba) VIII International Festival del Cine Pobre Jürinin xüsusi mükafatına (Mención especial del jurado) layiq görülmüşdür.Sevda. Azərbaycan filmi beynəlxalq festivalın qalibi oldu: [Azərbaycan "Düyün" adlı filmi ilə Kuba kino festivalında qalib oldu] //Kaspi.- 2010.- 1–3 may.- S. 23.
Filmin heyəti
Film üzərində işləyənlər Əsərin müəllifi: Asif Rüstəmov Ssenari müəllifi: Ramiz Fətəliyev, Asif Rüstəmov Quruluşçu rejissor: Əli İsa Cabbarov Quruluşçu operator: Adil Abbasov Quruluşçu rəssam: Əziz Məmmədov Rejissor: Çingiz Həsənov Bəstəkar: Xəyyam Mirzəzadə Dirijor: Fəxrəddin Kərimov Səs rejissoru: Teymur Abdullayev Səs operatoru: Elxan Rüstəmov Qrim rəssamı: Elbrus Vahidov Montaj: Asif Rüstəmov Tərcüməçi: Rasim Qaraca Rejissor assistentləri: Vəfa Cəfərova, Kəmalə Pənahova, Elyarə Nuruşova Operator assistentləri: Elşən Bədəlov, Taleh Məhərrəmov Rəssam assistenti: Fərid Qasımov Qrimçi: İlqar Cəfərov Sürücülər: Seymur Mehdiyev, İlham Qəniyev, Natiq Yusifov Texniki təchizat: Səbuhi Əhədov ("Butafilm") Post-prodakşn: Kinoatelye "24 K" İcraçı prodüserlər: Aynur Mustafayeva, Çingiz Həsənov, Asif Rüstəmov Prodüser: Əli İsa Cabbarov
Rollarda Pərviz Məmmədrzayev – Əli Mehriban Zəki – Nərminə Müzəffər Məmmədrzayev – Emil Şahmar Qəribli (Şahmar Qərib kimi) – Həsən dayı N. Qəribov Q. Mahmarzayev Q. Qulaməliyev Q. Məhərrəmov A. Həsənov M. Səfərəliyev B. Həsənov Ə. Bədəlov R. Həsənov M. Kərimov R. Musayev O. Həsənov F. Ə. Pənahov M. Əliyev A. Musayev S. Həsənov Ş. Muradov R. Yusifov Ə. Yusifov Ş. Səfərəliyev Q. Məməsiyev Ə. Səhrab N. Kərimov T. Sumarova
Çəkilişə köməklik edən qurumlar Quba rayonu İcra Hakimiyyəti Yerfi Bələdiyyəsi Yerfi Mədəniyyət Evi Butafilm
Çəkilişə kömək edənlər Nazim Əlixanov İlqar Nəcəf
İstinadlar
Mənbələr "Bu meydan, bu ekran-2008". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 27.
http://www.azeri.ru/papers/echo-az_info/32299/ http://www.azeri.ru/papers/news-azerbaijan/31582/ http://www.azeri.ru/papers/news-azerbaijan/32356/ http://www.azeri.ru/papers/zerkalo_az/16793/
Xarici keçidlər Filmi izlə "Düyün" filminin çəkilişləri
Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Qubada çəkilən filmlər Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Əli İsa Cabbarovun filmləri Kateqoriya:2008-ci ilin Azərbaycan filmləri