Daşkənd və daşkəndlilər — Göyçə mahalı Basarkeçər rayonu Daşkənd kəndi haqqında tarixi, coğrafi məlumatlar, ailə başçılarının 2012-ci ilə olan siyahısı və telefon nömrələriAraz Tədqiqatlar Mərkəzi: Daşkənd və Daşkəndlilər .

Kitab haqqında Kitabın ideya müəllifi və məsləhətçisi Rüstəm Dastanoğlu, tərtib edəni və redaktoru Araz Yaquboğlu, toplayanı isə Əfəndi Babayevdir"Daşkənd və daşkəndlilər", Bakı, 2012. – 240 səhifə. (şəkilli) .

Bu kitabda tarixi Azərbaycan ərazisi olan Göyçə mahalında yerləşən Daşkənd kəndinin tarixi və coğrafiyasına aid məqalələr, Göyçə aşıqlarının, bu kəndin məşhur qələm sahiblərinin xalqımıza, Göyçə və Daşkəndə həsr olunmuş şeirləri də öz əksini tapmışdır.

Bununla yanaşı, kitabda yaşadıqları şəhər və rayonlar üzrə olmaqla Daşkənddən olan bütün ailə başçılarının əlifba sırası ilə siyahısı, ev və mobil telefon nömrələri verilmişdireastview.com saytı Daskand va daskandlilar : (Goyca mahali Basarkecar rayonunun Daskand kandi haqqinda tarixi, cografi malumatlar, aila bascilarinin 2012-ci ila olan siyahisi va telefon nomralari) .

17 oktyabr 2013-cü ildə Mədəniyyət TV-nin "Qobustan" verilişində "Daşkənd və daşkəndlilər" kitabı haqqında veriliş getmişdir. Verilişdə əlavə olaraq Göyçə mahalının Daşkənd kəndinin tarixi və coğrafiyası haqqında da məlumatlar verilmişdir. Filmin ssenari müəllifi Avdı Qoşqar, çıxışçılar isə professor İbrahim Bayramov, araşdırıcı Rüstəm Dastanoğlu və tədqiqatçı Araz Yaquboğlu olmuşdur.

Kitab haqqında "525-ci qəzet"də ""Daşkənd və daşkəndlilər" — itirilmiş Göyçədən yazılanlar" adlı məlumat xarakterli məqalə çap olunmuşdur.

Kitabda məqalələri çap olunan müəlliflər Rüstəm Dastanoğlu, "Ön söz əvəzi" Yavər Qocamanov, "Daşkənd kəndi haqqında coğrafi məlumat" Xasay Zeynalov, "Göyçə mahalının Daşkənd kəndi" Araz Yaquboğlu, "Daşkənd kəndi ilə bağlı araşdırma" Araz Yaquboğlu, "Bərdə rayonundakı Yeni Daşkənd kəndi"

Kitabda şeirləri çap olunan aşıq və şairlər Aşıq Alı Aşıq Ələsgər Növrəs İman Zodlu Usta Abdulla Şair Məmmədhüseyn Aşıq Nəcəf Alqayıt Həsən Xəyallı Aşıq Hacı Göyçəli Aslan Məmmədsadiqoğlu Qəmgin Fəzi Sərraf Şiruyə Xasay Zeynalov

Xarici keçidlər Daşkənd və daşkəndlilər (Mədəniyyət TV-17.10.2013) youtube.com saytında izlə

İstinadlar

Kateqoriya:Azərbaycan dilində kitablar Kateqoriya:2012-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:2012-ci ilin kitabları Kateqoriya:Araz Yaquboğlunun kitabları