Məzmun Cizgi filmi uşaqların düzgün tərbiyəsi probleminə toxunmuşdur. Kinolentdə ailələrdən birində valideynlərin uşaqla dil tapa bilməməsi öz əksini tapmışdır.
Əsəbi vəziyyət, yuxusuz gecə-valideynlərin düzgün hərəkət etməmələrinin nəticəsidir. Yalnız balaca qız-çığır-bağır salan uşağın bacısı onu başa düşür. O, heç bir çətinlik çəkmədən, səs-küysüz balacaya adi əmzik verir, uşaq sakitləşir.
Cizgi filmi körpə yaşlarından uşaqlarını yeni dəblə tərbiyə edən bəzi valideynlərin sonradan peşimançılıq çəkmələrindən danışır. Burada müəlliflər qarşıya belə bir sual qoyurlar: müasir ailədə kim-kimi tərbiyə edir: böyüklər uşaqları, yoxsa əksinə?..
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Dinarə Seyidova Rejissor: Arif Məhərrəmov Quruluşçu rəssam: Yelena Qolubeva Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Nataliya Nuriyeva (Natalya Nuriyeva kimi) Cizgi rəssamı: Vaqif Məmmədov, Rauf Dadaşov, Bəhmən Əliyev, Vahid Talıbov, Arifə Hatəmi, Nigar Nərimanbəyova Assistent: Z. Rəhimova, Ziya Xəqani, Elman Mirzəyev Montaj edən: Nailə Dadaşova Redaktor: Çingiz Qaryağdı, A. Vəliyeva Filmin direktoru: Faiq Abdullayev
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1984-cü ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycan cizgi filmləri Kateqoriya:Qısametrajlı cizgi filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Uşaq filmləri Kateqoriya:Rusca filmlər