Ariel Kebbel (; ) — amerikalı aktrisa və modeldir. Amerika Tortu: Düşərgə Kamandası (2005), Con Tuker Ölməlidir (2006), Akuamarin (2006) və Vampir Məni Dişlədi (2010) filmləri ilə tanınır. Eyni zamanda Gilamur Qızları (2003-04), Vampirin gündəlikləri (2009-2014), Gözlənilməyən həyat (2010) və 90210 (2011-13) teleserialları da ona uğur gətirən filmlərdəndir.
Həyatı və model karyerası Ariel Florida ştatının Vinter Park şəhərində doğulub. Anası Şeri, öz şəxsi kompaniyasənda istedadlı menecerdir. Ariel Üinter Parkda yerləşən Crenshaw School məktəbində məzun olub. O 2002-ci ildə Miss Florida Teen USA tamaşasında iştirakçı kimi çıxış edib. Aktrisalığa başlamazdan əvvəl, Ariel model şirkətində çalışırdı. Həmin vaxtlar o, Maxim, H, Lucky, Men's Health, FHM, kimi jurnallarda görünürdü.
Kino karyerası Kaliforniya, Los-Ancelesə köçdükdən sonra Gilamor Qızları serialına çəkilən Ariel burda ilk uöurunu əldə edir. Bunda sonra bir neçə teleserialada çəkildi.
Bu seriallardan sonra o ilk filmi olan komediya janrlı Planetin Ruhu filminə çəkildi. 2005-ci ildə isə o, Sofia Buş, Britani Snou və Ces Meltakli ilə birgə Con Tuker ölməlidir filmində Kerri rolunu oynadı. Bu film dünya üzrə 68 milyondan çox gəlir gətirərək ona daha da uğur qazandırdı. Elə həmin ildə Ariel Sara Pakston və Emma Roberts ilə birgə Aquamarin filminə də çəkildi.
2006-cı ildə Arielin növbəti uğurlu filmlərindən olan Lənət 2 qorxu/triller filmi nümayiş olundu. Bu film original yapon filmi olan Lənət filminin remeiki idi. Bu film oktyabrın 16-sı nümayiş plundu və dünya üzrə 70 milyon gəlir qazandı. Bundan sonra da Ariel bir sıra filmlərə çəkildi.
2011-ci ilin dekabrın əvvəlindən 2012-ci ilin avqustun sonuna qədər aktrisa Vanessa rolu ilə 90210 serialına çəkildi.2012-ci ilin avqust ayında isə Havai 5 serialının dödüncü mövsümünün bir neçə seriasına çəkildi.
2012-ci ilin dekabrın əvvəlləri aktrisa öz şəxsi Twitter hesabında Tia Novri serialında çəkiləcəyi xəbərini vermişdi.
Filmoqrofiyası Film İl Filmin adı Rol Qeydlər 2004 Planetin Ruhu Hiter Hunke 2005 Uşaq və Mən Ariel Amerika Tortu: Düşərgənin Komandası Elli Huntson Çirkin Əməllər Alison Riker Koki Sakit Ol Robin 2006 Cığır ilə Qaçış: Buç Kessidinin Xəzinəsi Elli Lənət 2 Elison Flemminq Con Tuker Ölməlidir Kerri Aquamarin Sesilla Banks Bros Kim 2007 Arzular Keysi Qrin 2008 Hər Zaman Güclü Emili Qəribə İt Katrin Tomas 2009 Dəvətsiz Aleks İvers 2010 Monhettona Bruklin Kloe Vampir Məni dişlədi Reyçl Buna Cavab Ver Naomi 2011 Sənin ilə Çürüdüm Randi Broklin Qardaşlarının Döyülməsi Kassidi Mardi Qras: Yaz Lusi Hallelujah Veda Roman 2012 Şəxsiyyəti Dəstəkləmək Ceymi Kişi kimi Fikirləş Cina 2012 Krismas üçün Körpü Cessi
Televiziya Serial İl Filmin adı Rol Qeydlər 2003 Cinayət Səhnəsi Gənc qız Seria: Əbədi Emini Mühakimə Etmək Peyc Lanc Seria: Böyük Əlvida Gilamur Qızları Lindsey Anna 3-4 mövsümlər ümumi 9 seria Qnun və Order: Xüsusi Qurban Andrea Keyt Seria: Məna 2004 Ətraf Leyla Seria: Pilot Həyat üçün Əsaslandırılmış Taya 5 seria 2005 Mayami Pem Karpenter Seria: İtirilməli heç nə yoxdur Klub Evi Ket Seria: Yol Səfəri 2006 Köpəkbalığı Sidney Bleir Seria: Tutmaq 2007 Futbol Dalğası Nikoil Holt səssiz rol 2009 Qəhrəmanlıq Etmə Sendi səssiz rol Vampirin gündəlikləri Aleks Branson 8 seria (2009-14) 2010 Həqiqi Qan Karlin Seria: Məndən siçovul iyi gəlir Həyat Gözlənilməzdir Peyc Baş rol. 2 mövsüm 7 seria 2011 Mersi Ariel Seria: Mersi fotoqrafdır Vibrafon Payton (səs) Seria: Səhnəarxası 90210 Vanessa Şau ardıcıl 4-5 mövsümlər (2011-13 Hallelujah Veda Roman 2012 Krismas üçün Körpü Cessi Havay Nikoil Ker Seria: Popilikia Audri Marissa 4 seria 2013 Mükəmməl Hesab özü/qonaq Biranlıq ana Stefanının rəfiqəsi davam edir (2013-indiyədək) 2014-indiyədək Sonra Temmi Baş rol
İstinadlar
Xarici keçidlər
Aktrisanın rəsmi saytı
Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:Almanəsilli amerikalılar