Anar Məmmədxanov () — dövlət və ictimai xadimi. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olmuşdur. 1992, 1993, 1995-ci illərdə Şən və hazırcavablar klubu arasında MDB çempionu, 2000-ci ildə isə XX əsr çempionu olmuşdur. 2005-ci il noyabrın 6-da 30 saylı Suraxanı birinci seçki dairəsindən deputat seçilmişdi. Azərbaycan Respublikası I, II və III çağırış Milli Məclisinin deputatı idi. "Ultra Production" şirkətinin və "Day.az" xəbər saytının yaradıcısı idi. Ölümünün səbəbi kəskin ürək qan-damar çatışmazlığı ürəyin işemik xəstəliyi olub.
Həyatı Anar Camal (Camali) oğlu Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda anadan olmuşdur. Atası Cəmali Məmmədxanov Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru olub. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1992-ci ildə oranı bitirmişdir. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olmuşdur. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olmuşdur. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olmuşdur.
Bitərəf kimi Azərbaycan Respublikası birinci (1995), ikinci (2000) və üçüncü çağırış (2005) Milli Məclisinin deputatı olmuşdur.
23 aprel 2011-ci ildə vəfat edib.
Evli idi, 3 övladı var.
Xatirəsi 2018-ci ildə onun haqqında yazıçı-publisist Elmira Axundova "Anar Məmmədxanov. Kapitanın taleyi" kitabını yazmışdır. Kitabda Anar Məmmədxanovu tanıyan 100-ə yaxın şəxsin xatirələri yer alıb.
Həmçinin bax Planet Parni iz Baku
İstinadlar
Müsahibələri Anar Məmmədxanov: "Xalqımıza üç sivil, mədəni və vətənpərvər uşaq vermişəm" Anar Məmmədxanovun vəfatından 5 il ötür Anar Məmmədxanov İnformasiya Müharibəsi haqqında
Xarici keçidlər
Anar Məmmədxanovun vəfatı barədə
Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Parni iz Baku Kateqoriya:Ürək-damar xəstəliyindən vəfat edənlər Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar