Bakı Sosial Pedaqoji Kolleci (əvvəlki adı: Bakı Məktəbəqədər Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş orta-ixtisas təhsili müəssisəsi.""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı.
Tarixi Əvvəlki adı Bakı Məktəbəqədər Pedaqoji Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən bu ad ilə adlandırılmışdır"Orta ixtisas təhsili müəssisələrinin adlarının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli, 112 nömrəli Qərarı. .
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı Humanitar Kollecinə qoşulmuşdur."Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarı. edu.gov.az
İxtisaslar Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanmışdır:2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı. Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; Ailə və ev təhsili; Məktəbəqədər təhsildə korreksiyaedici təlim; Məktəbəqədər təlim və tərbiyə.
İstinadlar
Kateqoriya:Bakı kollecləri Kateqoriya:2016-cı ildə ləğv olunanlar