thumb|upright|Kaleydoskop borusu vasitəsilə görünən nümunələr thumb|right|Oyuncaq kaleydoskop borusu Kaleydoskop — içinə baxıldığında rəngli naxışlar görülən bir əşya. Bu naxışlar, işığın əks olunmasıyla əldə edilir və durbin hərəkət etdirildikcə davamlı dəyişir. "Kaleydoskop" sözü yunanca kalos (gözəl)καλός , Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus, eidos (forma)εἶδος , Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus və scopos (izləmək)σκοπέω , Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus sözlərinin birləşməsindən yaranmışdır. Durbin şotlandiyalı David Brüster tərəfindən 1816-cı ildə işığın polyarlaşdırılmasından faydalanaraq icad edilmiş və 1817-ci ildə ona patent alınmışdır.

Durbinin içərisi qara, ya da tünd bir rəngə boyalıdır. İçində arasında 60 dərəcəlik əyilən bir-birinə bitişik iki ayna, aynaların arasında rəngli şüşə parçaları, tüklər, pullar, incə muncuqlar və s. kimi vəsaitlər olur. Bu durbinin bir ucundan baxıldığında şəkil dəyişdirən çoxbucaqlılar, əksəriyyətlə bir daha eyni olmayacaq görünüşlər görülür.

İstinadlar

Həmçinin bax David Brüster

Xarici keçidlər Brüster Kaleydoskop Cəmiyyəti –kaleydoskop həvəskarları üçün beynəlxalq təşkilat

Kateqoriya:Oyuncaqlar Kateqoriya:Optik cihazlar Kateqoriya:Şotlandiya ixtiraları Kateqoriya:XIX əsrin ixtiraları