I Xuan Karlos de Burbon (; 5 yanvar 1938, Roma, İtaliya) — 22 noyabr 1975-ci ildən İspaniyanın kralı, 1978-ci il konstitusiyasına görə ispan dövlətinin rəhbəri və ölkənin hərbi qüvvələrinin ali baş komandanı. General-kapitan (1975). İspaniya diktatoru Fransisko Frankonun 1969-cu ildə Xuan Karlosu öz varisi elan etməsinə əsasən, onun ölümündən 2 gün sonra hakimiyyətə gəlmişdir.

Kral Xuan Karlos İspaniyanın diktaturadan parlamentli monarxiyaya keçid prosesini uğurla icra etmişdir.

14 may 1962-ci ildə Yunan və Danimarkalı Sofiya ilə ailə quran Xuan Karlosun 2 qızı, 1 oğlu və 8 nəvəsi var.

2 iyun 2014-cü ildə taxt-tacdan əl çəkdiyini bəyan etmişdir. Yerinə oğlu - Asturiya knyazı Felipe keçdi.

Xarici keçidlər

Biography of Juan Carlos I at CIDOB Foundation İspaniya kral ailəsinin rəsmi veb-saytı I Xuan Karlosun nəsil ağacı Voices of the Transition – A Political History of Spain, 1975–1982 Earth Times article Spain supports the monarchy Royals

İstinadlar

Kateqoriya:İspaniya kralları Kateqoriya:"Rumıniya ulduzu" ordeni ilə təltif edilənlər Kateqoriya:Taxt-tacdan əl çəkmiş monarxlar Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Roma şəxsləri Kateqoriya:İspaniya infantları