Qarışqalar () — fransız yazıçısı Bernar Verberin "Qarışqalar" trilogiyasından ilk əsəridir. Hələ 16 yaşındaykən bu əsəri yazmağa başlayan yazıçı onu yalnız 1991-ci ildə çap etdirməyə müvəffəq olur. İki milyondan çox nüsxəsi satılan kitab 30-dan çox dilə tərcümə edilmişdir.

Süjeti Əsər paralel mövcud olan iki "dünya"dan: qarışqaların və insanların sivilizasiyasından bəhs edir. Burada qarışqaların yaşadığı yer Paris yaxınlığındakı kiçik bir parkdır. Bütün roman boyu bu "dünyalar" əlaqədə olmur və hətta heç qarşılaşmırlar. Bu yalnız əsərin sonunda baş verir.

Qarışqalar tərəfdən hadisələr qış yuxusundan sonra qırmızı qarışqalar federasiyasının mərkəzi şəhəri olan Bel-O-Kan ətrafında cərəyan edir. Burada qəribə hadisələr baş verir: bir saatın içində ilk yaz ekspedisiyası zamanı 28 qarışqa həlak olur və onlardan yalnız 327№-li erkək qarışqa sağ qalır. Və bu fərd öz şəxsi təhqiqatını aparır, kraliça ilə görüşməyə can atır. Görüş baş tutsa belə, o kraliçanı öz doğruluğuna inandıra bilmir. Bir qədər sonra onun fikirlərini bölüşən iki qarışqa da ona qoşulur.

İnsanlar tərəfdən isə əsas personajlar mirmikologiya üzrə mütəxəssis, entomoloq-alim Edmond Uells, onun bacısı oğlu Conatan və ailəsidir. Edmondun ölümündən sonra onun Sibaritlər küçəsindəki 3№-li evi bacısı oğlu, keçmiş qaynaqçı Conatana çatır. İlk baxışdan bu ev ailənin xoşuna gəlir: o genişdir, rahatdır, işıqlıdır. Lakin evin gizli və qaranlıq zirzəmisi vardır. Əmisinin sirli həyatını və fəaliyyətini araşdırmaq məqsədilə bir gün Conatan ora enir və geri qaytımır. Onu tapmaq üçün gedən həyat yoldaşı, xilasetmə işçiləri, polis nümayəndələri , hətta kiçik oğlu Nikolya da zirzəmidə itir. Bir qədər sonra zirzəminin dərinliklərinə çata bilən iki alim və Conatanın nənəsi burada ağlasığmayan vəziyyətlə tanış olurlar..

Əsərdə Edmond Uellsin adından *"Nisbi və mütləq biliklər ensiklopediyası"ndan parçalar verilir.

Personajlar

İnsanlar Edmond Uells — entomoloq-alim, yazıçı. Conatan Uells — Edmondun bacısı oğlu. Əvvəllər emalatxanada qaynaqçı işləyirdi. Lüsi — Conatanın həyat yoldaşı. Onlar metroda tanış olmuşdular. 13 ildir ki, evlidirlər. Nikolya — ailənin yeganə uşağı. Bütün günü televizorun qarşısında oturmağı sevir.

Qarışqalar 56№-li: Şli-Pu-Kan şəhərinin banisi və sonralar Federesiyanın kraliçası olan Şli-Pu-Ninin ilkin adı 327№-li: "gizli" silahı tapmış Bel-o-kan şəhərindən olan cavan əsgər. 4000№-li: yaşlı və müdrik qırmızı ovçu 103683№-li: "gizli silah"ı tapmaq üçün 327№-liyə qoşulan əsgər 801№-li: kraliça Şli-Pu-Ninin oğlu və şəhərin ən yaxşı döyüşçüsü. Bel-O-Kan şəhərinə kəşfiyyatçı kimi göndərilir

Şəhərlər Şli-Pu-Kan — Kraliça Şli-Pu-Ninin yaratdığı super müasir şəhər Şi-Qae-Pu — cırtdan qarışqaların şimal-qərbdə yerləşən şəhəri Zubi-Zubi-Kan — şərqdə yerləşən və çoxlu "mal-qarası" ilə məşhurlaşan şəhər Qaey-Tiolo — kiçik hərbi yuva Bel-O-Kan — qırmızı qarışqalar federasiyasının mərkəzi şəhəri La-Şola-Kan — federasiyanın ən qərb şəhəri.

Maraqlı faktlar

2000-ci ildə Microids fransız kompüter oyunları şirkəti "Qarışqalar" romanının motivlərinə əsaslanan Empire of the Ants adlı strategiya oyununu yaratmışdır. Əsərdə Edmon Uellsin qarışqalarla əlaqə yaratmaq üçün kəşf etdiyi cihaz "Rozetta daşı" adlanır.

Sitatlar

Eybi yox, oğlum, böyüyərsən, bilərsən ki, düşüncəsi bizimkindən fərqlənən yeganə canlı – qadındır.. Hər şey getdikcə birdəfəlik istifadə üçün olur: çəngəllər də, qələmlər də, fotoaparatlar da, maşınlar da.. və siz də fərqinə varmadan getdikcə birdəfəlik istifadə xüsusiyyəti daşıyırsınız.. Yaxşı təəssürat yaratmaq və ya həmsöhbətimizi cəlb etmək üçün dolaşıq ifadələr və komplimentlər deməklə əslində biz həyatımızı çətinləşdiririk.

Xarici keçidlər rəsmi sayt

Bernar Verberin yaradıcılıq saytı Bernar Verberin rəsmi rus saytı

Kateqoriya:Elmi fantastika Kateqoriya:1991-ci ilin romanları Kateqoriya:2001-ci ilin videooyunları Kateqoriya:Fransız dilində romanlar