Elşad Abdullayev () — Hüquq elmləri doktoru, professor, Azərbaycanda Gülərgeyt kimi adlanan Gülər Əhmədova olayının əsas təşkilatçısı.
Həyatı Elşad Abdullayev 1954-cü il sentyabrın 25-də Kürdəmir rayonunda anadan olub. 1961-ci ildə 1 saylı orta ümumtəhsil məktəbinə getmiş, 1971-ci ildə həmin məktəbi bitirmişdir.
1974-cü ildə BDU-nun Hüquq fakültəsinə qəbul olub, 1979-cu ildə isə həmin fakültəni fərqlənmə ilə bitirmişdir. 1985-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının dosenti olmuşdur. 2000-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının professoru olmuşdur.
23 aprel 2004-cü ildə RTA-nın ümumi iclasında Rusiya Dövlət Təhsil Akademiyasının üzvü seçilmişdir. 2005-ci ildə AR Təhsil Nazirinin sərəncamı ilə "Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur. 2006-cı ildə Moskvadakı Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki seçilmişdir. 2007-ci ildə Vyana Beynəlxalq Universitetinin professoru seçilmişdir. 2007-ci ildə Avropa Rektorlar Klubuna üzv seçilmişdir. 2007-ci ildə Sokrat adına Beynəlxalq mükafata layiq görülmüşdür. 4 dekabr 2008-ci ildə Rusiya Hüquq Elmləri Akademiyasının həqiqi üzvü, akademiki seçilmişdir. 2009-cu ildə AR Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Hüquq Ekspert Şurasının sədri seçilmişdir.
Yeni Azərbaycan Partiyasının I, II, III qurultaylarının nümayəndəsi olmuşdur.
Ailəlidir, 3 övladı var.
Gülər Əhmədova olayı
Elşad Abdullayevin yayımladığı ilk video çəkiliş Azərbaycan Respublikası Milli Məclisinin deputatı Gülər Əhmədova ilə bağlı olmuşdur.
Gizli video çəkilişlər Elşad Abdullayev 25 sentyabr 2012-ci il tarixdən etibarən MTN -də işləyən qaynı polkovnik Mustafa Əhmədovun tapşırıgıyla Azərbaycan Respublikasının müxtəlif vəzifəli şəxslərlə görüşlərində gizli yolla çəkilmiş videoları internetdə yayımlamağa başladı. Həmin videoların bəziləri üzrə cinayət işləri açılmış, müxtəlif şəxslər həbs edilmiş və ya tutduğu vəzifədən azad edilmişdir.
Cinayət işi başlanması 28 sentyabr 2012-ci ildə videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılmışdır. Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanmışdırAzərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin 28 sentyabr 2012-ci il tarixli məlumatı. genprosecutor.gov.az .
Deputat mandatından imtina Elə həmin gün Gülər Əhmədova deputat mandatının ləğv olunması üçün Azərbaycan Respublikası Milli Məclisinin rəhbərliyinə müraciət edirDEPUTAT MİLLİ MƏCLİSİN SƏDRİNƏ MÜRACİƏT ÜNVANLAMIŞDIR. meclis.gov.az . 3 oktyabr 2012-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının bu məsələyə dair keçirilmiş iclasında 34 saylı Xətai ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş Gülər Mikayıl qızı Əhmədovanın mandatından imtina barədə verdiyi ərizəyə baxılmış, onun mandatının ləğv olunması barədə qərar çıxarılmışdırGülər Əhmədovanın mandatı alındı. musavat.com "Azərbaycan Respublikası IV çağırış Milli Məclisin deputatı Gülər Mikayıl qızı Əhmədovanın deputat mandatından məhrum edilməsi barədə" Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 3 oktyabr 2012-ci il tarixli, 4/13 nömrəli Qərarı. e-qanun.az .
Yeni Azərbaycan Partiyasının münasibəti Həm Elşad Abdullayevin, həm də Gülər Əhmədovanın iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvü olması, olayın əsas diqqətçəkən məqamlarından biridir. Yeni Azərbaycan Partiyasının Sədr müavini — İcra katibi, millət vəkili Əli Əhmədov baş verən hadisə ilə bağlı belə demişdir:
"Gülər Əhmədova Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil etməyə mənəvi haqqını itirib. Yeni Azərbaycan Partiyasının hər bir üzvünün mövqeyi, məhz, belədir."YAP-ın Sədr müavini: "Gülər Əhmədova Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil etməyə mənəvi haqqını itirib". yeniazerbaycan.com
Müxalifətin münasibəti Baş verənlərlə bağlı olaraq İctimai Palata oktyabrın 13-də Bakının keçmiş Əzizbəyov heykəlinin qarşısından Parlament prospekti ilə Milli Məclisin qarşısınadək yürüş keçirilməsi məqsədilə paytaxt meriyasına müraciət etmiş, lakin Bakı Şəhər İcra Hakimiyyəti onlara 20-ci sahədə mitinq keçirmək üçün razılıq vermişdir. İctimai Palata Bakı Şəhər İcra Hakimiyyətinin təklifini qəbul etməmiş və müxaliflər oktyabrın 20-si saat 15-də Fəvvarələr Meydanında "Parlament buraxılsın" şüarı ilə mitinq keçirməyi qərara almışdır. KQB/FSB ilə əlaqələr barədə iddialar 2012-ci ildə AzNews.az keçmiş Milli Məclis deputatı Cümşüd Nuriyevin Elşad Abdullayevin vaxtilə KQB agenti olması barədə açıqlamasını yayımlayıb. Nuriyevin sözlərinə görə, Abdullayev bir müddət təhlükəsizlik orqanlarında çalışıb və hərbi rütbəsi kapitan olub.
2024-cü ilin mayında Fransanın kəşfiyyat və təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış Intelligence Online nəşri Avropadakı Azərbaycan müxalifətçiləri arasında qarşılıqlı ittihamlar barədə yazıb və bəzi fəalların bir-birlərini Moskvanın və ya Bakıdakı kəşfiyyat xidmətlərinin maraqlarına işləməkdə ittiham etdiyini bildirib.
HƏMAS-a maliyyə yardımı barədə iddialar 2026-cı ildə Vətəninfo.az Elşad Abdullayevin HƏMAS-a maliyyə yardımı göstərməsi barədə iddialar dərc edib. Nəşrin məlumatına görə, Abdullayevin oğulları Elşan Abdullayev və Eltaj Abdullayev vasitəsilə HƏMAS üzvlərinə maliyyə vəsaiti ötürüldüyü iddia olunub. Məqalənin başlığında bu məbləğ 67 000 ABŞ dolları kimi göstərilsə də, məqalənin mətnində HƏMAS-a maliyyə dəstəyi və daha böyük məbləğlər barədə iddialar irəli sürülür.
Həmin materialda Abdullayevin Parisdə yaşayarkən Rusiya xüsusi xidmət orqanlarının, o cümlədən FSB-nin gizli təsir agenti kimi fəaliyyət göstərməkdə ittiham olunduğu və onun Rusiyadakı HƏMAS tərəfdarlarına və Putin Fondu adlandırılan quruma vəsait köçürdüyü barədə iddiaların olduğu yazılıb.
Putin Fonduna ödəniş barədə iddia 2025-ci ilin oktyabrında Cumhuriyyet.az Elşad Abdullayevin Putin Fondu adlandırılan quruma 1 milyon ABŞ dolları köçürdüyünü və bunun müqabilində Rusiya Prezidenti Vladimir Putinin ona saat bağışladığını iddia edən məqalə yayımlayıb.
Yunus Demirtaş barədə iddialar 2026-cı ildə Vətəninfo.az Elşad Abdullayevin Rusiyada yaşayan oğlu vasitəsilə Türkiyə vətəndaşı Yunus Demirtaşa maliyyə vəsaiti ötürdüyü və onun Azərbaycana qarşı fəaliyyətinə dəstək verdiyi barədə iddialar yayıb. Euro Asia News isə Yunus Demirtaşın Azərbaycan Respublikasının İstanbul Baş Konsulluğuna qarşı planlaşdırılan hücumla əlaqəli olduğunu və Elşad Abdullayevin ona maliyyə dəstəyi verdiyini iddia edib.
İstinadlar
Xarici keçidlər Deputat Gülər Əhmədova onu rüşvətdə ittiham edən videonu montaj adlandırır Abdullayev Elşad İslam oğlu
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Hüquq elmləri doktorları Kateqoriya:Bakı Dövlət Universitetinin professorları Kateqoriya:Azərbaycan Beynəlxalq Universitetinin professorları Kateqoriya:Azərbaycan Beynəlxalq Universitetinin rektorları Kateqoriya:İnformatorlar Kateqoriya:Azərbaycandan Fransaya mühacirət edənlər Kateqoriya:Universitet təsisçiləri