Serbiya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 2007-ci ildə qoşulmuş və ümumilikdə 12 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə daha öncə 1961-ci ildən 1991-ci ilə kimi Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində, 2004-cü ildən 2006-cı ilə kimi isə Serbiya və Monteneqronun tərkibində Avroviziyada iştirak etmişdir. İlk dəfə 2007-ci ildə müsabiqəyə müstəqil respublika kimi qoşulan Serbiya elə həmin müsabiqədə Mariya Şerifoviçin ifa etdiyi "Molitva" mahnısı ilə qələbə qazanmışdır. Ölkənin Avroviziyadakı ikinci ən yaxşı nəticəsi 2012-ci ildə Jelko Yoksimoviçin ifa etdiyi "Nije ljubav stvar" mahnısı ilə qazandıqları üçüncü yer olmuşdur.

Serbiya maliyyə problemləri səbəbi ilə 2014-cü ildə Avroviziyada iştirak etməmiş və növbəti ildə müsabiqəyə geri dönmüşdür. Həmin ilədək müsabiqədə yalnız serb dilində səslənən mahnılarla təmsil olunan ölkə 2015-ci ildən 2017-ci ilə kimi Avroviziyada ingilis dilində mahnılarla çıxış etmişdir.

Təmsilçilər

İlDilMüğənniMahnıFinalYarım-finalYerXalYerXal 2007 Serbcə Mariya Şerifoviç "Molitva" (Молитва) 1 268 1 298 2008 Serbcə Yelena Tomaşeviç və Bora Duqiç "Oro" (Оро) 6 160 Ev sahibi-ölkə 2009 Serbcə Marko Kon və Milaan "Cipela" (Ципела)Finala keçməyib 10 60 2010 Serbcə Milan Stankoviç "Ovo je Balkan" (Ово је Балкан) 13 72 5 79 2011 Serbcə Nina "Čaroban" (Чаробан) 14 85 8 67 2012 Serbcə Jelko Yoksimoviç "Nije ljubav stvar" (Није љубав ствар) 3 214 2 159 2013 Serbcə Moje 3 "Ljubav je svuda" (Љубав је свуда)Finala keçməyib 11 46 2015 İngiliscə Boyana Stamenov "Beauty Never Lies" 10 53 9 63 2016 İngiliscə Sanya Vuçiç ZAA "Goodbye (Shelter)" 18 115 10 105 2017 İngiliscə Tiyana Boqiçeviç "In Too Deep"Finala keçməyib 11 98 2018 Serbcə Sanya İliç və Balkanika "Nova deca" (Нова деца) 19 113 9 117 2019 Serbcə, İngiliscə Nevena Bojoviç "Kruna" (Круна) 18 89 7 156

QEYD: a. Serbiya SMS səsverməsi ilə yarımfinalda 10-cu yeri tutduğu halda münsiflər heyətinin qərarı ilə Xorvatiya finala vəsiqə qazanmışdır.

Səsvermə tarixçəsi Serbiyanın ən çox xal verdiyi ölkələr Sıra Ölkə Xal 1 68 2 61 3 59 4 51 5 41

Serbiyanın ən çox xal aldığı ölkələr Sıra Ölkə Xal 1 94 2 90 3 89 4 79 5 76 76

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Ev sahibliyi İlŞəhərEv sahibiAparıcılar 2008 Belqrad Belqrad Arena Yovana Yankoviç və Jelko Yoksimoviç

Qalereya

Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi Serbiya Avroviziya Uşaq Mahnı Müsabiqəsində

Kateqoriya:Ölkələr Avroviziya Mahnı Müsabiqəsində