Yaşar Babayev () — sovet futbolçusu; uzun müddət "Neftçi"də oynamışdır

Həyatı Yaşar Babayev 21 aprel 1941-ci ildə Gəncədə, dəmiryolçu ailəsində doğulub. Ailəsi dəmiryolçular olduğuna görə o, "Lokomotiv" komandasında oynamağa başlayıb. Sonra Babayevi "Toxucu"nun məşqçisi Valentin Xlıstova məsləhət görüblər və müdafiəçi 1960-cı ildə peşəkar karyerasına start verib.

Yaşar Babayev 1963-1971-ci illərdə "Neftçi PFK"nın heyətində çıxış edib.

O, 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanmış 12 futbolçudan biridir.

Müdafiəçi SSRİ çempionatlarında 200, kuboklarında isə 19 görüşdə meydana çıxıb.

Yaşar Babayev 12 sentyabr 2021-ci ildə 80 yaşında vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər "Kiyev "Dinamo"sunun təklifindən imtina etdim" 20px|link=YouTube İmza: Yaşar Babayev

Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:SSRİ futbolçuları