Rasim Balayev () — Azərbaycan kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı lauratı (1986), Prezident təqaüdçüsü, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri (2022–2026) və keçmiş katibi (1990–2013).

Həyatı və karyerası Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1965-ci ildə Ağsuda orta məktəbi bitirmişdir. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilmişdir. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanmışdır.Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışmışdır.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276–277. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynamışdır. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynamışdır. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilmişdir.

1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olmuşdur. 31 may 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilmişdir.

Şəxsi həyatı və ölümü O, əmisi qızı ilə evlənmişdir və onların iki oğlu olmuşdur.

O, İlham Əliyevi dəstəkləyirdi. Balayev 2023-cü ilin avqust ayında prezident İlham Əliyevi İkinci Qarabağ müharibəsi zamanı azad olunmuş Qarabağ torpaqlarına görə "əsl Babək" adlandırmışdır. Balayev 2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəkləmişdir.\"İlham Əliyevin alternativi yoxdur\" - Rasim Balayev O, açıqlamasında Əliyevin "ömrünün axırına kimi" prezident seçiləcəyini qeyd etmişdir.

O, ağciyər xərçəngi və yüksək şəkər səbəbilə bir müddət idi ki, müalicə alırdı, lakin xəstəliyin şiddətlənməsi səbəbindən 29 mart 2026-cı ildə İstanbulda müalicə aldığı xəstəxanada vəfat etmişdir. Martın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən vida mərasimindən sonra Birinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 dekabr 1976 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982 Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1986 ("Atları yəhərləyin" bədii filmində Səlim bəy roluna görə) "Şöhrət" ordeni — 7 avqust 1998 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1 aprel 2005-ci ildən "Şərəf" ordeni — 1 avqust 2018 Cəfər Cabbarlı mükafatı — 28 oktyabr 2019 "İstiqlal" ordeni — 7 avqust 2023 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2 fevral 2024

Filmoqrafiya

İstinadlar

Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 34. Eldəniz Quliyev, Canalı Mirzəliyev. Rasim Balayev. Bakı: 1999. Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814. "Nəsimidən Cavidə uzanan yol". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 12–13. T. Məhərrəmova. "Həyatın özü qədər real olmaq lazımdır" //Odlar yurdu.- London, 2008, dekabr.- № 002.- səh. 16.

Xarici keçidlər "Şəxsi əşyalar" verilişinin qonağı xalq artisti Rasim Balayevdir — Vasif Ayanın müəllif layihəsi, YouTube "Ötən günlər" verilişi: Nəsimi filmi — İctimai TV, YouTube Rasim Balayev: "Cənab prezident, əsl Babək Sizsiniz" — APA TV, YouTube

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrləri Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Birinci Fəxri xiyabanda dəfn olunanlar Kateqoriya:XX əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan teatr aktyorları