cd (ing. Change Directory – Kataloq dəyiş) — Unix, FreeBSD, Linux, Windows və s. əməliyyat sistemlərində cari işlənilən qovluğu dəyişmək üçün istifadə olunan shell komandasıdır. Bəzi sistemlərdə chdir komandası olaraq da mövcuddur.

Digər komandalardan fərqli olaraq cd ayrı proqram olaraq yox, shell proqramının içində yerləşən komanda olaraq tətbiq olunur.

Sintaksis cd kataloq_yoluCari işlənilən qovluğ kataloq_yolu ilə verilən kataloqa (qovluğa) dəyişdirilir.

Ümumi xüsusiyyətlər Sistemlərin bir çoxunda mövcud olan xüsusiyyətlər:

cd .. – Valideyn kataloqa (qovluğa) keçid edir. cd . – Cari işlənilən qovluq eyni qalır.

Unix və Powershell xüsusiyyətləri Unix bənzəri əməliyyat sistemlərinin shell proqramlarında (sh, bash, csh, və s.) və Powershell-də mövcud olan xüsusiyyətlər:

cd ~ – İstifadəçinin ev qovluğuna keçid edir. cd ~istifadeci_adi – Başqa istifadəçinin ev qovluğuna keçid edir. cd - – Bir öncəki cari işlənilən qovluğa geri qayıdır. cd – Komanda heç bir argument olmadan işlədilərsə istifadəçinin ev qovluğuna keçid edir. (cd və cd ~ eynidir)

Nümunələr sekiller adlı qovluğa keçid edir.$ cd sekillerUnix, Powershell, və s. sistemlərdə istifadəçinin ev qovluğunda olan videolar kataloquna keçid edir.$ cd ~/videolarBir üstə çıxaraq valideyn qovluğuna keçid edir. (Cari işlənilən qovluq "/home/user/" olarsa "/home/" qovluğuna keçid edir)$ cd ..

İstinadlar

Həmçinin Bax

Kateqoriya:Unix Kateqoriya:Linux Kateqoriya:Əlifba sırasına görə proqramlar Kateqoriya:Windows əmrləri Kateqoriya:Unix proqram təminatı Kateqoriya:Utilitlər