thumb| Tsistersian dini ordeninin abbatının geyimi Abbat (, — ata) — VI əsrdən Qərbi Avropa xristian ənənəsində monastrın baş keşişi, abbatlığı idarə edən. Geniş mənada, katolik kilsəsində çalışan din xadimlərini bildirir. Şərqi xristian monastrlarında Abbat iqumen vəzifəsinə uyğun gəlir. Abbat ömürlük seçilir və ya təyin edilir. Kilsə iyerarxiyasında yepiskopdan sonra gəlir.
Qadın ruhanilərinə analoji olaraq abbatisa adı verilirdi. Sonrakı dövrlərdə bütün gənc ruhanilərə nəzakət xatirinə bu adla müraciət edilməyə başlandı.
Həmçinin bax Abbatlıq İqumen
Kateqoriya:Abbatlar
Kateqoriya:Dini terminologiya Kateqoriya:Kilsə titulları Kateqoriya:Rahiblik Kateqoriya:Dini rəhbərlik rütbələri Kateqoriya:Katolik kilsə titulları Kateqoriya:Xristian dini vəzifələri Kateqoriya:Xristian terminologiyası Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri