Ankona () — İtaliyada şəhər. Marke vilayətinin və eyni adlı Ankona əyalətinin inzibati mərkəzi.

Ümumi məlumat Adriatik dənizi sahilində (28.2.2010 etibarıyla) 102.477 əhalisi olan bir liman şəhəridir. Ancona, Adriatik dənizinin ən böyük ticarət limanıdır. Adriatik dənizi sahilində, Konero burnunun şimal sahilindədir. Mühüm dəniz portu. Aeroport. Dəmiryol stansiyası. Hərbi dəniz bazası. Maşınqayırma, gəmiqayırma, neft emalı, sement və kərpic, əczaçılıq, yüngül və yeyinti sənayesi, mayolika, şüşə və krujeva məmulatları istehsalı sahələri inkişaf etmişdir. Balıq ovlanır. Roma dövrünə (imperator Trayanın zəfər tağı) və orta əsrlərə aid memarlıq abidələri var. Ankona dəniz kurortudur. Hər il kənd təsərrüfatı və beynəlxalq balıq yarmarkaları keçirilir.

Qalereya

İstinadlar

Kateqoriya:İtaliya şəhərləri Kateqoriya:Adriatik dənizinin liman şəhərləri Kateqoriya:Marke Kateqoriya:E.ə. IV əsrdə yaranan yaşayış məntəqələri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri Kateqoriya:İtaliyanın Aralıq dənizi ətrafındakı liman şəhərləri