Vüqar Əhməd (tam adı: Vüqar Mikayıl oğlu Əhməd; ) — şair, ədəbiyyatşünas, alim.
Həyatı Vüqar Əhməd 1963-cü il aprel ayının 17-də Bakı şəhərində hərbçi-dənizçi, ziyalı ailəsində anadan olmuşdur. Soykökü Sultan Əhməd xanədanına mənsubdur. Ulu babası doktor Kərbəlayi Mahmud bəy Pirşağıda, babası həm həkim, həm də ilhiyyatçı Məşədi Soltan Əhməd Bakıda, ana babası ictimai xadim Kərbəlayi Əzim Binəqədidə nüfuzlu şəxsiyyətlər olmuşlar. 1984–1987-ci illərdə Qobustan rayonu Dərəkənd kəndində dil-ədəbiyyat müəllimi işləyib. Müxtəlif illərdə "Novruz" qəzeti və "Azərbaycan dünyası" nəşriyyatlarında baş redaktor, Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar Komitəsinin sədr müavini vəzifəsində, 1987-ci ildən-2006-cı ilə kimi Azərbaycan Teleradiosunda məsul vəzifələrdə çalışmışdır. Hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Mətbuat tarixi və publisitika şöbəsinin müdiridir. 2005–2011-ci illərdə AMİ-nin professoru kimi pedaqoji fəaliyyət göstərmişdir. Rəhbərliyi altında gənc alimlər yetişməkdədir. 1980-ci ildə Bakıdakı M. Müşfiq adına 18 saylı orta məktəbi, 1984-cü ildə indiki ADPU-nu fərqlənmə diplomu ilə, 1990-cı ildə Pedaqoji Universitetin aspiranturasını bitirib. 1992-ci ildə filologiya elmləri namizədi, 2005-ci ildə isə filologiya elmləri doktoru elmi dərəcəsi alıb.
Ailəsi Azərbaycan Milli Dram Teatrının ilk direktoru və baş rejissoru — repressiya qurbanı Bilal Əhmədin qardaşı nəvəsi, ixtiraçı alim-fizik Əhməd Əhmədovun, eləcə də bəstəkar, şair-dramaturq Mövsüm Əhmədin kiçik qardaşıdır. Səbinə Əhmədova ilə ailəlidir, Hüseyn adlı bir oğlu, Almaxanım adlı bir qızı var. Qızı Almaxanım Beynəlxalq Muğam Mərkəzinin solistidir.
Fəaliyyəti Filologiya elmləri doktoru, professor, Nyu-York EA-nın həqiqi üzvü, eləcə də Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Rusiya-Dərbənd Ədiblər Birliyinin "Muğam" assosiasiyasının üzvüdür. Həmçinin Bakı şəhəri icra hakimiyyəti dini komissiyasının üzvü olmuşdur. Dünya Azərbaycanlıları Konqresinin sədr müavini kimi fəaliyyət göstərmişdir. 2016–2018-ci illərdə AMEA-nın Ədəbiyyat İnstitutunda "Ədəbiyyatşünaslıq" Yaradıcılıq Birliyinin sədri olmuşdur. 4 roman və 10 şeir kitabının, yüzlərlə teleradio verilişinin müəllifidir. İki dərslik, iki tədris proqramı çap olunub. Filologiya elmləri doktoru, professor, eləcə də AMEA-da ədəbiyyatşünaslıq üzrə dissetasiya şurasının üzvüdür. Dəfələrlə Asiya və Avropa ölkələrində beynəlxalq elmi konfranslarda məruzələr edib. Eyni zamanda "Azad Azərbaycan" teleradio şirkəti Bədii Şurasının üzvü olmuşdur. 2021-ci ildən Özbəkistan Respublikası Mahpirat adına Orta Asiya Xalqları Tarixi İnstitutu, "Turan" Elmlər Akademiyasının akademiki və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçilmiş, "Türk dünyasına xidmət" beynəlxalq qızıl ulduz ordeni ilə təltif olunmuşdur. 2021-ci ildə Beynəlxalq Elm və İncəsənət Akademiyasının müxbir üzvü seçilib 2022-ci ildə Dünya Söz Akademiyasının fəxri üzvü seçilib 2022-ci ildə "Turan"ın xalq şairi" fəxri adı verilib. 2022-ci il iyun ayında Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib
Yaradıcılığı "Rus uşaq ədəbiyyatı və Azərbaycan" (Bakı, 1992), "Mircəfər Pişəvərinin həyat mühiti və yaradıcılığı" (Bakı, 1998), "Azərbaycan uşaq ədəbiyyatı" (Bakı, 2006), "Ədəbiyyatşünaslıq" (Bakı, 2007), "Anam mənim" (Tehran.2008), "Ş. M. Xiyabani" (Bakı 2010), "Qarabağ yuxusu və yaxud yuxuda qələbə" (2012), Cənubi Azərbaycan və Qarabağın tarixini əks etdirən "Qaradağlılar" roman-trilogiyası, M. Ə. Rəsulzadəyə ithaf olunan "Son nəfəsədək Azərbaycan" romanı (2014), M. Şəhriyar. Seçilmiş əsərləri. (M. Şəhriyarın farsca yazılan əsərlərinin poetik və filoloji tərcümələri. (2016), "Cənubi Azərbaycan poeziyası" (2014), "Ədəbi-elmi portretlər" (2017), "Cənubi Azərbaycan şeir antologiyası" (2018), "Plyus bədii yaradıcılıq" (ədəbi almanax) I–II kitab (2017–2018) və s. kimi 40 kitab və 500-dən çox elmi, publisistik məqalə müəllifidir. Əsərləri İran, Türkiyə, Yunanıstan, Almaniya, Belçika, Meksika, ABŞ, Hindistan, İtaliya, Rusiya, Qazaxıstan, Özbəkistan, Başqırdıstan, Qırğızıstan və digər ölkələrdə çap olunub. Nəğməkar şair kimi 500-dən çox mahnının söz, eləcə də musiqi müəllifidir. 2019-da Hindistanda "Ayın şairi" seçilib 2021-ci ildə Urmiyada keçirilən "Rezavvi" beynəlxalq şeir festivalının qalibi olmuşdur 2021-ci ildə ABŞ-nin Texas ştatında keçirilən beynəlxalq şeir müsabiqəsinin qalibi olmuşdur. 2022-ci ildə "ŞUŞANIN DAĞLARI BAŞI VÜQARLI" adlı kitabı çap olunmuşdurhttps://millixeber.az/vuqar-%c9%99hm%c9%99din-susanin-daglari-basi-vuqarlikitabi-cap-olunub/
Kitabları
Məqalələri
Xarici ölkələrdə dərc olunmuş məqalələri
İştirak etdiyi konfranslar
Mükafatları Vüqar Əhməd "Qızıl Qələm", AHİK-nın (2 dəfə) və AMEA-nın "Fəxri Fərman"ları ilə təltif olunmuşdur. "Araz" ali ədəbi, "Abdulla Şaiq", "Məmməd Araz", "İlin nəğməkar şairi", 2 dəfə "Zirvə", "İlin mahnısı", "Simurq" və s. mükafatların laureatıdır. 2017-ci ildə Vüqar Əhməd çoxşaxəli və geniş elmi — tədqiqat fəaliyyətinə görə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə "İlin alimi" adına layiq görülmüşdür.
Həmçinin bax Almaxanım Bəhram Nəsibov
Xarici keçidlər HƏYATI: Vüqar Mikayıl oğlu Əhməd Yaradıcılığı: Məqalələr Cəfər Cabbarlının 101 yaşlı "Ana"sı Alim Qasımovun səsi ilə — TƏQDİMAT
Sosial media hesabları Instagram hesabı Facebook səhifəsi Google məlumat paneli
Mənbə Rasim Nəbioğlu, Müşfiq Cabiroğlu. "Vüqar Əhmədin yaradıcılıq yolu". Bakı, 2013. Alim Nəbioğlu. "Vüqar Əhmədin söz dünyası", Bakı, 2003 Vüqar Əhməd — 50 / Azərbaycan Yazıçılar Birliyi // Ədəbiyyat qəzeti. — 2013. — 5 aprel. — № 12. — S. 7.
İstinadlar
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Kateqoriya:AMEA-nın Fəxri fərmanı ilə təltif olunanlar