Nairə Əliabbas qızı Şahtaxtinskaya () — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırışlarının deputatı, Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiri (1992–1993).
Həyatı Nairə Şahtaxtinskaya 1959-cu il aprelin 16-da anadan olub. M. V. Lomonosov adına Moskva Dövlət Universitetində tarix üzrə ali təhsil alıb. Tarix elmləri doktorudur. Alban, ingilis, serb və xorvat dillərini bilir.
Nairə Şahtaxtinskaya ailəlidir, 2 övladı var.
Fəaliyyəti 1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 29 nömrəli Əli Bayramlı dairəsindən bitərəf namizəd olan Nairə Şahtaxtinskaya I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Nairə Şahtaxtinskaya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentləarası əlaqələr Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə üzvü olub.
Daha sonra, 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində 26 saylı Nəsimi I dairəsindən bitərəf namizəd olan Nairə Şahtaxtinskaya, II çağırış Milli Məclisin deputatı seçildi. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Nairə Şahtaxtinskaya, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentləarası əlaqələr Daimi Komissiyasının, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, Azərbaycan—Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri oldu.
Nairə Şahtaxtinskaya Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 26 noyabr 2011-ci ildə isə geri çağırılıb.
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri