Hacıməmməd Ramazanov (tam adı: Hacıməmməd Yusif oğlu Ramazanov; ) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı.
Həyatı Hacıməmməd Ramazanov 1951-ci il noyabrın 25-də Zaqatala rayonunun Sumaylı qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunnda ali təhsil alıb. Rus dilini bilir.
Hacıməmməd Ramazanov ailəlidir, 2 övladı var.
Fəaliyyəti 1995-ci il noyabrın 26-da baş tutan parlament seçkilərində 66 nömrəli Zaqatala dairəsindən Yeni Azərbaycan Partiyası namizədi olan Hacıməmməd Ramazanov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Hacıməmməd Ramazanov Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının və Azərbaycan—Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində 66 saylı Zaqatala dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Hacıməmməd Ramazanov, II çağırış Milli Məclisin deputatı seçildi. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Hacıməmməd Ramazanov, Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının, Azərbaycan—Bosniya və Herseqovina, Azərbaycan—Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü oldu.
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan siyasətçiləri