Bağır Namaz oğlu Musayev () — azərbaycanlı dövlət xadimi; Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.

Həyatı Bağır Musayev 1958-ci il sentyabrın 17-də anadan olub. Kuban Dövlət Universitetinin hüquq bölməsində ali təhsil alıb. Rus dilini bilir. Ailəlidir, üç övladı var.

Fəaliyyəti 1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 99 nömrəli Şəmkir şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Bağır Musayev I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Bağır Musayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri Daimi Komissiyasının və Azərbaycan—Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

İstinadlar

Kateqoriya:Azərbaycan siyasətçiləri