Maneviç Lev Yefimoviç (1898-1945) — Sovet İttifaqı Qəhrəmanı

Həyatı Maneviç Lev Yefimoviç 20 avqust 1898-ci ildə Belorusiyanın Mogilyov vilayətinin Çausı rayonunda dünyaya göz açıb. Lev Yefimoviç uşaq ikən öz valideynləri ilə Bakıya gəlmiş və şəhərin Qara şəhər adlanan hissəsində oxumuş və sonra zavodda işləmişdir.

M.Frunze adına Hərbi Akademiyanı və Jukoski adına Hərbi Hava Akademiyasını bitirmişdirAzərbaycan Respublikası Xatirə Kitabı, IX cild. səh.101.. Hərbi rütbəsi polkovnik olub.

Lev Maneviçin sonrakı həyatı hərbi xidmətə həsr olunmuşdur. İkinci dünya müharibəsi illərində antifaşist istiqamətində hərbi kəşfiyyatçı olmuş və həbs edilərək polkovnik Starostin adı ilə hərbi düşərgədə (Almaniyada) saxlanılırdı.

1943-cü ildə İtaliya əks-kəşfiyyatçıları tərəfindən hitlerçilərə verilmişdir. Mauthauzen, Melk və Ebenze hərbi əsir düşərgələrində saxlanılmışdır. Amerikanlar tərəfindən azad olunduqdan sonra vərəm xəstəliyindən 12 may 1945-ci ildə vəfat etmişdirAzərbaycan Respublikası Xatirə Kitabı, IX cild. səh.101..

1945-ci ilin bayramı günlərində hərbi düşərgədə məhv edilmişdir. Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra verilmişdir.

İstinadlar

Kateqoriya:Polkovniklər Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Belarusda doğulanlar Kateqoriya:Avstriyada vəfat edənlər Kateqoriya:Vərəm xəstəliyindən ölənlər Kateqoriya:SSRİ polkovnikləri Kateqoriya:SSRİ kəşfiyyatçıları Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları (qırmızılar)