Oleq Vasilyeviç Volkov () — Rusiya publisisti.
Həyatı Oleq Vasilyeviç Volkov 21 yanvar 1900-cu ildə Sankt-Peterburqda dvoryan ailəsində doğulmuşdu. V.Nabokovla birlikdə Tenişev məktəbini bitirmiş, Moskvada Nansenin diplomatik missiyasında, Aclara kömək komitəsində tərcüməçi işləmişdir. Vətəndaş müharibəsində ağlar tərəfdən vuruşduğuna görə 1928-ci ildə həbs olunmuş, 27 il həbs və sürgün həyatı keçirmiş, 1955-ci ildə bəraət almışdır. İngilis və fransız dillərini gözəl bilən Volkov həmin dillərdən rus dilinə, rus dilindən fransız dilinə tərcümələr etmişdir. “O dolu düşməliydi…” (1974), “Cığırın sonunda” (1977), “Kudeyarın xəzinəsi” (1963), “Orada hər bir daş canlıdır” (1985), “Belə olmaz, qadağandır” (1976), “Hamı cavabdehdir” (1989) və s. kitabların müəllifidir.
Rusiya Federasiyasının Dövlət Mükafatına layiq görülmüş yazıçı 1996-cı ildə Moskvada vəfat edib.
O.Volkov “Zülmətə eniş” (və ya “Zülmətə enərkən”) xatirə-romanında Azərbaycan milli mübarizləri mövzusunu hələ 1928-ci ildən, Butırka həbsxanasında onlarla tanış olduğu vaxtdan diqqətdə saxlamış, bir sıra müsavatçılarla dost olmuşdur. O, xalqımızın davranışına, özünü ləyaqətlə aparmasına, azərbaycanlıların həmrəyliyinə və birliyinə, bir-birinə münasibətlərinə yüksək qiymət vermişdir.
Kitabları Gənc ovçular, 1951 Sakit diyarda, 1959 Kudeyarın xəzinəsi, 1963 Mənim Doğma Rusiyam, 1970 O dolu düşməliydi…, 1974 Yenisey mənzərələri. Очерки и рассказы. М., Современник, 1974 Belə olmaz, qadağandır! 1976 Cığırın sonunda, 1978 Mədəndə hadisə, 1980 Orada hər bir daş canlıdır, 1985 Zülmətə enərkən, Paris, 1987 Век надежд и крушений, 1989 Два стольных града, 1994
İstinadlar
Xarici keçidlər Биография Институт Русской Цивилизации Альманах «Охотничьи просторы». Наши авторы
Kateqoriya:Rusiya publisistləri Kateqoriya:Repressiya qurbanları Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:Rusiya tərcüməçiləri Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:XX əsr Rusiya yazıçıları Kateqoriya:Rusiya memuarçıları Kateqoriya:SSRİ-də repressiyaya uğramış mədəniyyət və incəsənət xadimləri