"Vampirin gündəlikləri" Kevin Vilyamson tərəfindən L. J. Smitin eyniadlı romanlar seriyası əsasında yaradılmış ABŞ supernatural-fentezi qorxu teleserialıdır. Serialın 2009–2010-cu il mövsümü üçün hazırlanması 19 may 2009-cu ildə elan edilmişdi. Serialın premyerası 10 sentyabr 2010-cu il tarixdə The CW kanalında keçirilmiş və televiziya tarixində ən yüksək reytinq göstərərək 4.91 milyon canlı izləyici toplamışdır.
Serialda hadisələr tarixi supernatural hadisələrlə zəngin uydurma Mistik Folls, Virciniyada baş verir. Hadisələrin mərkəzində valideynlərini itirmiş gənc qız Yelena Gilbert (Nina Dobrev tərəfindən canlandırılır) və Stefan (Pol Uizli tərəfindən canlandırılır) və Deymon Salvatore (Yan Somerhalder tərəfindən canlandırılır) qardaşları dayanır. İlk yeddi seriyadan sonra öldürülən Viki Danovan rolunu Kayla Yuell canlandırır. Metyu Devis serialda tarix müəllimi Alarik Zoltsman obrazını canlandırır. Daha sonra serialda onun rolu artırılır.Matt Davis Interview Retrieved: 2013-03-27. Serialın I mövsümü 13 may 2010-cu ildə 22 seriya ilə tamamlanmışdır.
Rollarda Nina Dobrev — Yelena Gilber və Ketrin Pirs ** (22 seriya) Pol Uizli — Stefan Salvatore (22 seriya) Yan Somerhalder — Deymon Salvatore (22 seriya) Stiven R. Makkuin — Ceremi Gilbert (21 seriya) Sara Kanning — Cena Sommers (16 seriya) Ketrin Grehem — Boni Bennet (16 seriya) Kendis Akkola — Keralayn Forbs (17 seriya) Zak Roerig — Mett Danovan (17 seriya) Kayla Yuell — Viki Danovan (7 seriya) Maykl Trevino — Tayler Lokvud (11 seriya) Metyu Davis — Alarik Zoltsman (12 seriya) Qeyd: **Dobrev Ketrin rolunu 18 seriyada canlandırıb.
Ssenari xətti Mövsümün birinci yarısı vampirlərin həyat tərzinin təsviri, vampir qardaşlar Stefan və Deymon Salvatorelərin doğulduqları Mistik Folls şəhərinə qayıtması və Stefanın Yelenanın qəlbinə hakim olma cəhdləri, Deymonun çoxdan itirdiyi sevgisi – Yelenanın oxşarı Ketrin Pirsin (Katerina Petrova) həbs edildiyini düşündüyü gizli türbədən (otaqdan) azad etmək cəhdlərinin göstərilməsinə həsr edilib. Həmçinin Viktoriya "Viki" donovanın vampirə çevirilməsi və öldürülməsi baş verir.
Daha sonra Anna peyda olur. O, digər vampirlərlə birgə həbs edilmiş anası Pörlü xilas etməyə çalışan vampir qızdır. Anna bu fəaliyyəti zamanı səhvə yol verir və digər vampirləri də azad edir. Mövsümün ikinci hissəsi azad edilmiş vampirlərlə əlaqədardır. Ketrinin həmin vampirlər arasında olmadığı məlum olur. Yelenanın bioloji atası olan Con Gilbert də şəhərə dönür və vampirləri məhv etmək üçün plan hazırlayır. Mövsüm Banilər Günündə vampirlərin Con tərəfindən qurulmuş oyunun qurbanı olması və Ketrinin şəhərə dönməsi ilə tamamlanır.
Seriyalar {| class="wikitable plainrowheaders" style="width:100%" |- style="color:white" ! style="background: #6c1f1f;" | No. ! style="background: #6c1f1f;" | # ! style="background: #6c1f1f;"| Ad ! style="background: #6c1f1f;"| Rejissor ! style="background: #6c1f1f;"| Ssenari müəllifi ! style="background: #6c1f1f;"|İlk efir tarixi ! style="background: #6c1f1f;"| İstehsalkodu ! style="background: #6c1f1f;"| ABŞ-də izləyicilər(milyon)
İstehsalı 6 fevral 2009-cu ildə The CW TV-nin Kevin Vilyamson və Culi Plekin iştirakı iıə "Vampirin gündəlikləri"nin ekranlaşdırılmasına başladığı bildirildi. 19 may 2009-cu ildə rəsmən 2009–2010-cu illər mövsümü üçün serialın efirə veriləcəyi elan edildi.
I Mövsümün pilot seriyası Vankuverdə, sonrakı seriyalar isə Kovinqton, Corciyada (filmdəki uydurma şəhər Mistik Folls, Virciniya) və Böyük Atlanta ətrafındakı müxtəlif yerlərdə çəkilmişdir. İlk seriyalarda yüksək reytinqlər qazanmasından sonra I mövsümün 22 seriyadan ibarət olması qərara alınmışdı.
Qəbulu Serial haqqında fikirlər müxtəlifdir, "Entertainment Weekly" mövsümü B+ kimi qiymətləndirir və qeyd edir ki, "serial yazıçı – prodüser Kevin Vilyamsonun yaradıcılıq tərzinin ekranlara dönməsinin işartılarını verir." Fikir "Gündəliklər bizə sərt dilli əyləncə söz verir" fikri ilə tamamlanır. "Metacritic" seriala tənqidçinin rəyi əsasında 50/100 kimi dəyər verir.
Lakin əksər tədqiqatçılar hesab edir ki, serial hər seriyada inkişaf etdirilir. "The Independent"dən Sara Hyuq qeyd edir ki, "zəif açılış seriyasından sonra "Vampirin gündəlikləri" maraqlı və dinamik inkişaf edən seriala çevrilməyə başladı." "The New York Post" isə Yelena obrazını öz hisslərinə təhvil olaraq oğlan dostunun onu idarə etməsinə imkan verməyən güclü iradəyə malik qadın xarakteri kimi dəyərləndirir. "The San Diego Union-Tribune"da deyilir: "Yüksək istehsal keyfiyyətinə malik supernatural drama, çılğın çəkilmə üsulu, mürəkkəb ssenarisi və sirli mühiti ilə hər kəsin qəbul edə bilməyəcəyi bir serialdır." "The New York Times"dan Mayk Heyl qeyd edir ki, serial 2009-cu ilin televiziya şouları arasında şərəfli yer tutur.
10 sentyabr 2009-cu ildə premyerası keçirilən "Vampirin gündəlikləri" 4,9 milyon canlı izləyici ilə The CW TV tarixində, eləcə də televiziya tarixində ən yüksək reytinq əldə etmişdir. DVR nömrələri də əlavə edildikdə premyera reytinqi 5,7 milyon izləyiciyə qalxır. Lakin sonra serialın inzləyiciləri bir qədər azalmış, 29 oktyabrda Halloven seriyası efirə getdikdən sonra 18–37 yaşlı izləyicilərin cəlb edilməsi ilə serialın reytinqi yenidən yüksəlmişdir.Like a Bat Outta…! The CW’s "The Vampire Diaries" Soars to Series High Retrieved: 2010-10-04. DVR nömrələrinin də əlavə edilməsi ilə ikinci 4,7 milyon, üçüncü 4,6 milyon, dördüncü 4,3 milyon, beşinci 4,4 milyon, altıncı 4,6 milyon, doqquzuncu 4,9 milyon, on beşinci seriya isə 4,3 milyon izləyici toplaya bilmişdi.
Serial həftəlik ortalama hesabla 3.60 milyon izləyici reytinqi ilə The CW TV-nin 2009–2010-cu il efir mövsümünün ən birinci televiziya şousu olmuş və 2006-cı ildən bu yeri tutan "Amerikanın Növbəti Top Modeli" şousunu geridə qoymuşdur.
DVR izləyiciləri No. Ad Efir tarixi 18–49 reytinq (Canlı + SD) İzləyicilər(milyon) Ümumi 18–49 arası Ümumi izləyicilər(milyon) Mənbə01 "Pilot" 1.9 1.96 2.6 5.78 02 "Gecə ulduz axışı" 1.6 1.46 2.1 4.70 03 "Cümə gecəsi dişləmə" 1.7 0.85 2.2 4.69 04 "Ailə münasibətləri" 1.6 0.88 2.0 4.33 05 "Sən mənim üçün ölü deyilsən" 1.7 1.02 2.2 4.55 06 "İtmiş qızlar" 1.8 1.48 2.3 4.62
Mükafatlar Birinci mövsümünə görə "Vampirin gündəlikləri" yeddi "Teen Choice Awards" və bir "People's Choice Award" mükafatı əldə etmişdi.Teen Choice Awards TV Winners The Vampire Diaries and Gossip Girl Teen Choice Awards. Yoxlanılıb 2013-04-01.PCA Awards/Nominees People's Choice Awards. Yoxlanılıb 2013-04-01.
Ev üçün buraxılış Serialın birinci mövsümü DVD-də Region 1, 2 və 4-də, Blu-ray diskdə Region A və B-də satışa çıxarılmışdır. Hər iki ABŞ versiyasına aktyorların və çəkiliş komandasının şərhləri, ixtisar edilmiş səhnələr, səhnə arxası görüntülər və L. J. Smitin "Vampirin gündəlikləri" romanlar seriyasından birinci kitab olan "Oyanma" kitabı audiokitab şəklində əlavə edilmişdir. Region 2-də DVD şəklində 23 avqust 2010-cu ildə satışa çıxarılmışdır. Bunun ardınca 31 avqust, 2010-cu ildə region 1-də, 1 sentyabr, 2010-cu ildən isə region 4-də DVD satışına başlanmışdır. Blu-ray disk şəklində satış Region A-da 31 avqust, 2010-cu ildə başlamışdı. Region B-də isə müxtəlif vaxtlarda satış başlanmış, Birləşmiş Krallıqda 23 avqust, Braziliyada 26 avqustIn Portuguese: http://bjc.uol.com.br/2010/07/01/listao-de-lancamentos-para-agosto-2/ Retrieved 2013-04-01., Avstraliyada isə 1 sentyabr, 2010-cu ildən diskləri əldə etmək mümkün olmuşdur.
İstinadlar
Həmçinin bax Vampirin gündəlikləri
Kateqoriya:Vampirin gündəlikləri