Oma kələfi () — sinir kələfi olub, IV və V bel sinirlərinin ön şaxələri, eləcə də dörd oma sinirlərindən (SI — SIV) təşkil olunmuşdur. Oma kələfi kiçik çanaqda, armudu əzələninön səthində yerləşir. Oma kələfini təşkil edən sini kötükləri böyük oturaq dəliyinə istiqamətlənərək bir yerə toplaşır və üçbucaq şəkilli qalın bir sinir kötüyünü təşkil edir. Üçbucaq şəkilli bu kötüyün ardını bədəndə ən böyük sinir olan oturaq siniri — () təşkil edir. Oma kələfindən iki qrup: çanaq əzələlərinə məxsus qısa və aşağı ətraf əzələlərinə və dərisinə məxsus uzun şaxələr çıxır.

Qısa şaxələr Əzələ şaxəsi — armudu, daxili qapayıcı, ekiz əzələləri budun kvadrat əzələsini, anusu qaldıran əzələni və büzdüm əzələsini innervasiya edir. Oyanaq şaxəsi — bud-çanaq oynağına gedir. Yuxarı sağrı siniri (L4L5-S1) Aşağı sağrı siniri (L5-S1S2) Cinsiyyət siniri (S1-S4)

Uzun şaxələr Budun dal dəri siniri (S1-S3) Oturaq siniri (L4L5 və S1-S3)

İstinadlar

Kateqoriya:Periferik sinir sistemi Kateqoriya:Onurğa beyni Kateqoriya:Aşağı ətraf sinirləri Kateqoriya:Sinir kələfi