Fərid Məmmədov () — Azərbaycan müğənnisi.
Həyatı Fərid Məmmədov 30 avqust 1991-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Fərid Məmmədov orta təhsilini İlyas Əfəndiyev adına Elitar Gimnaziyada almışdır. İlk musiqi təhsilini isə Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbində fortepiano sinfində almışdır. Fərid Məmmədov Azərbaycanın əməkdar artisti Aybəniz Haşımovanın tələbəsidir.
Avroviziya Mahnı Müsabiqəsi Fərid Məmmədov 2013-cü ildə İsveçin Malmö şəhərində keçirilən sayca 58-ci olan Avroviziya Mahnı Müsabiqəsində ölkəmizi "Hold me" mahnısı ilə təmsil edərək 234 xalla ikinci yeri tutmuşdur. Bu göstərici ilə Azərbaycanın Avroviziya tarixində ən yüksək xal göstəricisi olmuşdur. Lakin onun rəqibi Danimarka təmsilçisi Emelie de Forest "Only Teardrops" mahnısı ilə 281 xalla 2013 Avroviziya Mahnı Müsabiqəsinin qalibi olmuşdur.
Mahnıları İlMahnı2012"Gəl yanıma"2013"Hold Me""İnan"2014"Hər an Yanımda"
Həmçinin bax
İstinadlar
Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycanlı müğənnilər Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Azərbaycanın "Avroviziya" təmsilçiləri Kateqoriya:Azərbaycanın pop müğənniləri