Arif Əli oğlu Məhərrəmov () — Azərbaycan kino rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2000).
Həyatı Arif Əli oğlu Məhərrəmov 5 avqust 1948-ci ildə anadan olmuşdur. 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1981-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirmişdir. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə bədii filmdə quruluşçu rəssam, cizgi filmlərində rəssam və rejissor olmuşdur. Rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilərdə nümayiş etdirilmişdir. Azərbaycanın və Latviyanın Rəssamlar İttifaqının üzvüdür.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adına layiq görülmüşdür.
Filmoqrafiya Biz qayıdacağıq (film, 2007) Gəldi kosa (film, 1988) İşgüzar səfər (film, 1982) Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003) Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990) Molla Nəsrəddin Xoca Münəccimin şagirdi (film, 1983) O dünyadan salam (film, 1991) Qala (film, 2008) Qaravəlli (film, 1989) Qaravəlli-2 (film, 1992) Xrizantema yarpağı (film, 1989) Yatmaq vaxtıdır (film, 1984) Yeddi gözəl (film, 1982)
İstinadlar
Mənbə Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5–6. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 313–318. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Kateqoriya:Azərbaycanlı rəssamlar Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar rəssamları Kateqoriya:SSRİ film rəssamları Kateqoriya:Azərbaycan kinorejissorları