Əlavə yarımtək vena () — yuxarı II-V dal qabırğaarası venaların toplaşmasından meydana çıxan damar. Bu damar yuxarı döş fəqərələrinin sol tərəfilə aşağı gedir və yeddinci döş fəqərəsi bərabərliyində yarımtək vena ilə birləşir və ya sağa doğru dönərək tək venaya açılır. Bəzən yuxarıda ən yuxarı sol qabırğaarası vena () ilə anastomozlaşır.

İstinadlar

Mənbələr Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)

Kateqoriya:İnsan anatomiyası Kateqoriya:Ürək-damar sistemi Kateqoriya:Venalar Kateqoriya:Yuxarı boş vena sistemi