Üzük-qalxanabənzər oynaq () — qırtlağa aid oynaq. Qalxanabənzər qığırdağın hər bir aşağı buynuzu üzüyəbənzər qığırdağın üzərindəki ilə birləşərək üzük-qalxanabənzər oynağı əmələ gətirir. Sağ və sol üzük-qalxanabənzər oynaqlar bir vaxtda işlədikləri üçün quraşdırma oynaqlardan hesab olunur. Bunların bir ümumi frontal oxu var. Qalxanabənzər qığırdaq bu oxun başına hərəkət edərək gah çalovabənzər qığırdaqdan uzaqlaşır gah da ona yaxınlaşır. Qalxanabənzər qığırdağın aşağı kənarı ilə üzüyəbənzər qığırdağın qövsü arasında orta xətdə adlanan bağ çəkilmişdir.

Kateqoriya:Qırtlaq oynaqları Kateqoriya:Oynaqlar Kateqoriya:İnsan başı və boynu