Rekviyem d-Moll (KV 626) — Motsartın 1791-ci ildə yazdığı sonuncu əsəri. Rekviyemin yalnız 2/3 hissəsinin Motsarta aid olmasına baxmayaraq, o, Motsartın ən yaxşı əsəri kimi qəbul olunur. Motsart əsəri tamamlamamış vəfat edib.Korten 1999, S. 104-105 Bu əsər sifarişli əsər olduğu üçün, Motsartın ölümündən sonra, onu arvadı Konstansiya Motsartın adından, bəstəkarın şagirdləri Cozef Eybler və Frans Xaver Züsmayer tamamlayıblar.Wolff 2003, S.101 Buna aid olan tarixi faktlar və sonrakı tamamlama prosesinin doğrudanda bu insanlar tərəfindən həyata keçirilməsi, bu gün hələ də sual altındadır.Michael Lorenz, „Freystädtler’s Supposed Copying in the Autograph of K. 626 Əsərin sifarişi və Motsartın əsəri yazdığı ərəfədə dünyasını dəyişməsi də bu əsərlər bağlı çoxlu şaiyələrin yayılmasına səbəb olub.
Yaranma tarixi thumb|170px|left|Əsərin müəllifi olan Volfqanq Amadey Motsartın 1819-cu ildə rəssam Barbara Krafft tərəfindən çəkilmiş portreti. Ölümündən bir neçə il əvvəl Motsart öz işlərini çox zaman kilsə musiqisinə həsr edir. 1787-ci ildən 1791-ci ilə qədər o bir neçə "Kyrie" fraqmenləri (kilsə musiqiləri) yazmışdı.vgl. Wolff 2003, S. 41 Kilsə musiqisi sahəsində özünə bir bəstəkar kimi yer etmək üçün, Motsart 1791-ci ilin aprel ayında San Stefan kilsənin musiqi rəhbəri Leopold Hofmana, onun yanında adjunkt (köməkçi) kimi işləməsi barədə müraciət edir. Bu iş yerinin pulsuz təmin olunmasına baxmayaraq, Motsart 2000 qulden (qızıl/gümüş) məbləğində olan bir gəlir əldə edib.Pressburger Zeitung vom 22. Mai 1791, zitiert nach Wolff 2003, S. 120 Belə ödənişli iş o vaxta görə çox gəlirli bir iş sayılırdı. 1791-ci ilin iyun ayında Motsart İsa peyğəmbərə həsr olunmuş „Ave verum corpus“ motetini (sözlə oxunan musiqi halında olan əsərlərdir) bitirir. Bu əsərin təqdim edilməsi ona kilsə tərəfindən daha çox sifarişlərin təqdim olunmasının ilk səbəbi idi.
1791-ci illərdə Motsarta Qraf Frans Valsegin vasitəçiləri tərəfindən Rekviyemin yazılması sifariş edildi və razılaşdırılmış məbləğin yarısı əvvəlcədən ödənildi. Motsart bu əsərdə daimi işlətdiyi mətn formasını istifadə edərək, "qradual" ve "traktus"un çox səslənməməsinə üstünlük verdi. Ola bilsin ki, o, bu formada işləməyini, Mixael İohann Haydnın c-molda olan Rekviyeminin quruluşundan götürmüşdü. Motsart Haydnın Rekviyemini ilk dəfə on beş yaşında olanda eşitmişdi.„Wolfgang Amadeus Mozart, der bei der Salzburger Uraufführung im Orchester mitwirkte, war von dem Werk beeindruckt und nahm es sich später − wie einige offenkundige Anklänge zeigen – für sein eigenes Requiem zum Vorbild“ (Angela Pachovsky, in: Silke Leopold/Ulrich Scheideler (Hg.): Oratorienführer, Bärenreiter: Kassel 2000, S. 331.
Rekviyem üzərində işlədiyi dövrdə Mosart ağır xəstələnir. 5 dekabr 1791-ci ildə baş vermiş ölümünə qədər bəstəkar əsərin açılışı olan “Introit (Requiem aeternam)” hissəsini, eyni zamanda bütün orkestr və vokal hissələrini yaza bilmişdi. Açılış hissəsinin ardından gələn "Kyrie" və "Dies irae" sekuensının mühüm hissəsini ("Dies irae"dən tutmuş "Confutatis"ə qədər olan hissələri) yalnız vokal oxunuşunu və səslərin baslarını qeyd etmişdi. Bundan əlavə bəzi əsas olan orkestr partiyalarını (trombonların "Tuba mirum"unu, birinci yerdə duran skripkaların səslərini) qısaca qeyd etmişdi. "Lacrimosa"nın axırıncı hissəsi səkkiz taktdan sonra kəsilir və natamam qalırdı. 1960-cı ildə bu boşluğu doldurmaq üçün "Lacrimosa"dan sonra “Amin fugası” artırıldı. Sonrakı gələn "Offertorium"un iki cümləsini, "Domine Jesus Christe" və "Hostias"ı isə yenidən vokal hissələri üzrə yazılmışvə "Continuo" hissəsində hazırlanmışdı (o hissəyə əlavə edilmişdi). "Sanctus Benedictus", "Agnus Dei" və "Communio" hissələri isə tamamilə yazılmamışdı.Korten 1999, S. 104 right|thumb|190px|Motsartın arvadı Konstanze Motsartın 1782-ci ildə Cozef Lanc tərəfindən çəkilmiş portreti. Mosartın dul qalmış arvadı Konstanze Motsart bu natamam işin altında qalmamaq və əvvəlcədən ödənmiş yarı pulun geri ödəməmək üçün, istəyirdi ki, əsər başa çatdırılsın və o, pulun qalan hissəsini də alsın. Buna görə də o, Motsartın öz şagirdlərinə əsəri bitirmək üçün müraciət etmişdi. Onun ilk müraciət etdiyi insan Cozef Eybler olmuşdu. O, “Dies irae”dən “Lacrimosa”ya qədər olan hissələrin instrumentallaşdırılması (insturmentlərə paylanması) üzərində çalışmışdır. Amma naməlum səbəblərə görə işini yarımçıq qoymuşdu. Amma öz etdiyi əlavələri Motsartın əlyazma partiturasına yazmışdı.
Bu dəfə iş, Motsartın tələbələrindən biri olan gənc bəstəkar Franz Xaver Süssmayra etibar edilmişdir. O instrumentallaşdırılma işini Eyblerın işi üzərində qurmuşdur. Süssmayr bunları orkestra əlavə etmiş və “Offerotium” hissəsini tamamlamışdı. “Lacrimosa”nı tamamladıqdan sonra, Süssmayr əsərdə çatışmayan "Sanctus", "Benedictus" və "Agnus Dei" hissələrini də bəstələmişdir. Sonra Motsartın iki açılış səhnəsini götürüb “Communio (Lux aeterna)” hissəsinə təkrarlanmış halda əlavə edərək, onları “Lux aeterna”nın mətni ilə birləşdirmişdi. “Kyrie” hissəsini təşkil edən trubaların və timpanlarin (pauke) bəstələrinin Süssmayr tərəfindən işlənməsi bu gün hələ də mübahisəlidir.Vgl. den Kritischen Bericht der neuen Mozart-Ausgabe, wo eher ein unbekannter Autor vermutet wird.
"Kyrie" hissəsinin artırlımasından və Eyblerin instrumentallaşmasını Mosartın bu partiturasına əlavə etdikdən sonra, Sussmayr bunları və əsərin qalan hissələrini yeni kağıza köçürərək öz ideyaları ilə bitirdi. Beləliklə iki böyük partitura əmələ gəldi. Birinci, Mosartın öz əli ilə yazdığı iş partiturası, Eyblerin artırılmış instrumentallaşma prosesi və Süssmayrın bunlardan istifadə etməsi partituraları, ikinci Süssmayer tərəfindən tamamlanmış partitura. 1792-ci ildə Süssmayr bu son versiyasına Motsartın saxta imzasını əlavə edir və həmin ildədə Qraf Valseqin elçilərindən birinə verir. Əsas əlyazmalar, xüsusilə "son partitura" və "işlənmiş qaralama kağızlar", 1830-1840-cı illər arasında Vyana Kitabxanasına (indi Avstriya Milli Kitabxanası) təhvil verilir.
Ola bilsin ki, Eyblerlə yanaşı əsər üzərində başqa bəstəkarlar da işləmiş və onların əlyazmayarı da Süssmayr tərəfindən istifadə edilmişdir. Ən azı o bilinir ki, Maksimillian Ştadler “Domine Jesu” partiturasının instrumentallaşdırılması üzərində işləmişdir. “Kyrie”də olan paralel çalınan „yan vokal“ (colla parte) səsləri də həmçinin, digər bəstəkar Leopold Novak (Motsartın yeni Rekviyemini çap etdirən) tərəfindən işlənmişdir.Michael Lorenz, „Freystädtler’s Supposed Copying in the Autograph of K. 626: A Case of Mistaken Identity“, paper read at the MSA conference Mozart’s Choral Music: Composition, Contexts, Performance, Bloomington 2006; vgl. dazu auch den kritischen Bericht der Neuen Mozart-Ausgabe.
Süssmayr tərəfindən yeni əlavə olunan hissələr, qismən Motsartın yazılış formasına uyğun olan məzmun xarakteri daşıyır. Onun öz artırmaları da Motsartın digər əsərlərinə uyğun olduğu üçün qəbul olunur ki, Süssmayr Motsartın şifahi və ya yazılı mənbələri ilə işləmişdir. (Motsartın dul arvadı bəstəkarın “qaralamalarını” və "artıq kağız parçalarını" istifadə etməsi üçün Süssmayra vermişdi.
Musiqisi thumb|right|450px|Yuxarı notlarda basset, aşağı notlarda faqotun ifası ilə Rekviyemin açılış barı (cümləsi).() Əsər dörd vokal solist (soprano, alt, tenor və bass), dörd hissəli xordan və kiçik klassik orkestr tərəfindən ifa üçün nəzərdə tutulub. Bu orkestr özü də iki bass kornolarda, iki faqotlardan, iki trubadan, üç trombondan, üç timpanidən, simli orkestrdan və baslı orqandan ibarət idi. Əsas diqqət çəkən məqamlardan biri əsərin orkestrləşdirilməsində bir dənə də taxta nəfəsli alətdən istifadə edilməməsidir. Orkestrın səsi buna görə də əsasən bass üzərində qurlumuş konroların sayəsində, tünd ton ilə müəyyən edilir. Belə ki, qaranlıq transparenslik əmələ gələrək, qara atmosfer yayılır.Peter Jost: Instrumentation – Geschichte und Wandel des Orchesterklangs, Bärenreiter, Kassel, ISBN 3-7618-1719-3, Seite 77
Mosartın Rekviyemində ön hissədə dördlü vokal partiyalar yer alır, lakin, qısa olmaqla sırf instrumental hissələr də vardır. Orkestr çox zaman xidmət edici funksiya göstərir. Hətta vokal solistlər də xorun arxasına gizlənərək bir ansambl kimi (“Tuba mirum”dan başqa) istifadə edilir. Ariyalar və digər müqəddəs musiqilərdə işlənilən virutoz səslər bu orkestrda yoxdur. Ən azından xor bir az da olsa parlaq və əhəmiyyətli təsir bağışlayır.
Əsas aparıcı tonallıq d-Molldur (Don Juan operasının Komtur səhnələrindəki, və yaxud Frans Şubertin "Ölüm və Qız" simli qvartetindəki kimi) və bu tonallıq o biri dünya ilə təmas atmosferi yaradır.So beschreibt z.B. Johann Mattheson in Das neueröffnete Orchestre im Jahr 1713 die Charakteristik von d-Moll als „etwas devotes, ruhiges, dabey auch etwas grosses, angenehmes und zufriedenes [..] dannenhero derselbe Tohn in Kirchensachen die Andacht, in communi vita aber die Gemüths-Ruhe zu befördern capable sey; ...“; zitiert nach Hans Heinrich Eggebrecht: Bachs Kunst der Fuge – Erscheinung und Deutung, Piper-Schott, München, 1984, 3. Aufl. 1988, S. 43 und 44 Əsas musiqi və notlar tez-tez qaranlıq, emosiyalı, romantik və sanki ölümə meylli hərəkət edirlər (si bimol, fa diyez, sol major, mi major, si major, lya mol hissələri bu xüsusi hissiyatı artırılar).Gerhard Bellosa: Die Sprache der Musik, Books on Demand GmbH, 2001, S. 14 ff Çox zaman hissələrin qurtarışları orta səviyyəli keçişlə baş verir (məsələn d-Molldan b-Dura keçiş).
Ümumilikdə əsərin müddəti bir saatdır. Lakin istənilən halda bu drijordan və ifa tempindən asılıdır.
Strukturu Rekviyemin Süssmayr tərəfindən hazırlanmış partiturası dörd hissədən ibarətdir: thumb|right|350px|Rekviyem partiturasının sonuncu səhifəsinin əlyazması. "Lacrimosa" hissəsinin 1-5-ci barları. Motsartın öz əli ilə yazılmış nüsxə. I. Introitus: Requiem aeternamErklärung: Einzelne Buchstaben kennzeichnen die Tonart: klein geschrieben steht für Moll, und groß geschrieben für Dur (xor və sofrano solo) II. Kyrie eleison (xor) III. Sequentia (mətn Dies Irae əsasında hazırlanmışdır): Dies irae (xor) Tuba mirum (sofrano, contralto, tenor və bass solo) Rex tremendae majestatis (xor) Recordare, Jesu pie (soprano, contralto, tenor və bass solo) Confutatis maledictis (xor) Lacrimosa dies illa (xor) IV. Offertorium: Domine Jesu Christe (solo kvartetlə birgə xor) Versus: Hostias et preces (xor) V. Sanctus: Sanctus Dominus Deus Sabaoth (xor) Benedictus (solo kvartet, sonra xor) VI. Agnus Dei (xor) VII. Communio: Lux aeterna (sofrano solo və xor)
right|thumb|450px|"Kyrie" hissəsinin açılış barı (mətn "İlahi yalvarıram" - "Kyrie eleison")()
Introitus və Kyrie
Rekviyem, 7 taktlı orkestrla başlayır və əsas mövzuya giriş əvvəlcə faqotlarla, onların ardınca bas kornaları ilə təqdim edilir. Bu xüsusiyyətin Georq Fridrix Hendelin Kraliça Karolinin ölum mərasiminə həsr olunmuş matəm marşı „Sion yolları“na, HWV 264 çox uyğunluğu varHans Joachim Marx, Wolfgang Sandberger: Göttinger Händel-Beiträge, Band 12, Vandenhoeck & Ruprecht, 2008, S. 24 u. 25 və əsasəndə pilləvari yüksələn tonların ardıcıl çalınması yaddaqalan aktlardan birini təşkil edir. Belə hissələr “Lacrimosa”da və final olaraq “Kyrie” fugasında da çalınır. İnstrumentlərin bu motivik münasibətləri əsərin rəngini təşkil edir və çox vacib xüsusiyyətə malikdir. right|thumb|450px|"Kyrie" hissəsindən Takt 33f bass xoru. ( Sonra şeypurlar xorun başlanğıcını elan edirlər. Xor bu mövzunu əvvəl bas tonunda qəbul edir və yavaş-yavaş başqa səslərlə oxuyur. Simli alətlər 16-lıqla sinkop figurlarla və təntənəli şəkildə əsərə, qiymətləndirici xarakter qatır. „Te decet himni“ (tonus peregrinus ilə) soprano solo mətndən sonra, xor və orkestr əsas mövzunun motivlərini aşağı yönəlmiş 16-lıq mövzusu ilə qəbul edərək davam etdirir. Kontrapuntkual və akkordlu passajların arasında dəyişən "keçidlər" artır və aşağı axan melodiya, bu əsərin əsas hissəsini təşkil edir, dominant bir yarımçıq sonla A-durla başa çatır.