Cəmilə Yusif qızı Həsənzadə () — Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru, professor, məşhur “Təbrizin sehrli nağılları” kitabının müəllifi.

Həyatı Cəmilə Həsənzadə 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-ü ildə isə Leninqrad Rəssamlıq Akademiyasının nəzdində İ. Repin adına İnstitutu sənətşünaslıq fakültəsini bitirib. 1973-ci ildən Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun elmi işçisidir, 1983-cü ildən N. Tusi adına pedaqoji Universitetinin bədii qrafika fakültəsində, İncəsənət və Mədəniyyət Universitetində və İncəsənət gimnaziyasında dərs deyib.

1976-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü idi.

1983-cü ildə SSRİ-ı toplularında XVI əsr Təbriz miniatür boyakarlığı" adlı namizədlilik dissertasiyasını, 2002-ci ildə "XIII əsrin sonu-XV əsrin əvvəllərində Təbriz miniatür məktəbinin yaranması və inkişafı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Azərbaycan, rus, fransız, ingilis dillərini bilirdi.

Yaradıcılığı

Kitablar Müxtəsər incəsənt tarixi (1999) "Təbriz məktəbinin XIII əsrin axırı -XV əsrin əvvəllərində yaranması və inkişafı" monoqrafiyası (1999) Тебризская школа в контексте мусульманской миниатюрной живописи (XIV - I половина XVI вв.). Təbrizin solmaz boyaları: XIV-XVI əsr Azərbaycan miniatür boyakarlıq. Elmi red.: K. C. Kərimov; Rəyçilər: N. İ. Rzayev.- B.: Nafta-Press, 2001.- 195 s. Təbrizin sehrli nağılları (2014)

Məqalələr Прошлое и настоящее азербайджанского искусства. Джамиля Гасанзаде. Взаимовлияние стилей в тебризской живописи начала XVI века. Журнал "San'at", № 4(2000), Узбекистан. Джамиля Гасанзаде. Камалиддин Бехзад и искусство восточной миниатюры. Журнал "San'at", № 4(2000), Узбекистан. Джамиля Гасанзаде, Агасалим Эфендиев. Первый памятник азербайджанской миниатюры. Журнал "İRS", № 4(46), 2010. Джамиля Гасанзаде, Агасалим Эфендиев. Миниатюры рукописи "Манафи аль-Хайаван" –первый образец тебризского стиля. Журнал "İRS", № 5(47), 2010. Джамиля Гасанзаде, Агасалим Эфендиев. Тебризская миниатюра начала XIV века в миниатюрах рукописи Бируни. Журнал "İRS", № 1(49), 2011. Джамиля Гасанзаде, Агасалим Эфендиев. Всемирная история в азербайджанской миниатюре. Журнал "İRS", № 2(50), 2011. Джамиля Гасанзаде, Агасалим Эфендиев. Большое Тебризское "Шахнаме" и тебризская живопись 1330-40 гг. Журнал "İRS", № 3(51), 2011. Джамиля Гасанзаде, Агасалим Эфендиев. Образы святых в миниатюрах "Джами ат-Таварих". Журнал "İRS", № 4(52), 2011. Джамиля Гасанзаде, Агасалим Эфендиев. Анималистика в тебризской миниатюре второй половины XIV века. Журнал "İRS", № 5(53), 2011. Джамиля Гасанзаде, Агасалим Эфендиев. Традиции эпической иллюстрации тебризской миниатюры во второй половине XIV века. Творчество Шамседдина. Журнал "İRS", № 2(56), 2012. Джамиля Гасанзаде, Агасалим Эфендиев. Тема Вознесения. Мифологические образы в тебризской миниатюрной живописи. Журнал "İRS", №3(57), 2012. Джамиля Гасанзаде, Агасалим Эфендиев. Расцвет живописи в эпоху правления султана Ахмеда Джелаира. Журнал "İRS", № 4 (58), 2012. Джамиля Гасанзаде, Агасалим Эфендиев. Вклад джелаирского цикла "Калилы и Димны" в развитие тебризской миниатюры. Журнал "İRS", №5(59), 2012. “Yarasa” və “Ad günü” Azərbaycan filmlərini fransız dilinə tərcümə etmişdir.

Filmoqrafiya Dünəni yaşadan sənət (film, 2004)

İstinadlar

Həmçinin bax Azərbaycan miniatürləri Ağasəlim Əfəndiyev

Kateqoriya:Azərbaycan sənətşünasları Kateqoriya:SSRİ Rəssamlar İttifaqının üzvləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Bakı yazıçıları Kateqoriya:Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimləri