kəllənin üz hissəsinə aid olan tək sümüklərdən biri. Qeyri müntəzəm dördbucaq səfhə şəklində olub, bir növ xışa bənzəyir və burun sümük arakəsməsinin aşağı qismini təşkil edir. Aşağı kənarı burun darağı ilə, ön kənarı yuxarıda xəlbir sümüyünün perpendikulyar səfhəsi ilə və aşağıda burunun qığırdaq arakəsməsi ilə birləşir. Yuxarı kənarı iki səfhəyə ayrılıb adlanan iki qanad əmələ gətirir. Aşağı tərəfdən bunlar əsas sümük dimdiyini əhatə edirlər. Yan səthlərində sinirlərə məxsus şırımlara təsadüf edilir.

Mənbə Prof. K. Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, I cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1971

Kateqoriya:Kəllə sümükləri Kateqoriya:Üz sümükləri Kateqoriya:Baş və boyun sümükləri Kateqoriya:Yastı sümüklər