Drakula — 2013-cü ildə Sky Living və NBC telekanallarında yayımlanması gözlənilən Britaniya-ABŞ birgə istehsalı olan limitli serialdır. Serialın premyerası 25 oktyabr 2013-cü il tarixdə, Qrimm serialının yeni seriyasının yayımlanmasından sonra, NBC telekanalında həyata keçiriləcək. Serial Brem Stokerin məşhur Drakula romanının mövzu və obrazları əsasında Kol Heddon tərəfindən yaradılır. HBO telekanalında yayımlanan Karnaval serialının yaradıcısı olan Denyel Nauf isə baş yazar kimi Heddonla birgə çalışır. Pilot seriyanın rejissoru Stiv Şilldir.

2012-ci ilin yanvar ayında telekompaniya serialın çəkilməsi öhdəliklərini üzərinə götürdüyünü açıqlamış, 2012-ci ilin iyul ayında isə 10 seriyanın planlaşdırıldığını bildirmişdi. 10 may 2014-cü ildə NBC telekanalı "Drakula" serialının yarımçıq dayandırıldığını elan etdi.

Mövzu Filmdə XIX əsr, Viktoriya dövrünün London həyatı və Londonda peyda olan Drakulanın macəralarından bəhs ediləcək. Drakula burada müasir elmləri öyrənməyə və viktorian cəmiyyətinə inteqrasiya olunmağa çalışır. Xüsusilə işıqdan gizlənənlərin qaranlıq gecələrini aydınladan elektrik enerjisi onun çox diqqətini çəkir.

Rollarda

Əsas heyət Conatan Riz Meyers — Drakula / Aleksandr Qreyson / Vlad Tepeş Cessika De Qou — Mina Murray Oliver Cekson-Koen — Conatan Harker Keti MakQrat — Lüsi Vestenra Nonso Anozi — R. M. Renfield Viktoriya Smurfit — Ledi Ceyn Tomas Kretşmann — Abraham Van Helsinq Kretschmann 2012-ci il İtalyan qorxu filmi olan Drakula 3D-də Drakula rolunu canlandırmışdı. Maykl Nardone — Hermann Krüger

Köməkçi heyət Ben Mayls — Brauninq, Əjdaha ordeninin rəhbəri. Robert Baturst — Lord Thomas Devenport Miklos Banyai — Szabo, Harkerin dostu və keçmiş qəzet müxbiri. Fil MakKii — Cozef Kovalski, Qreysonun əsas texniki. Entoni Kalf — Dr. Uilyam Mürrey, Minanın atası və Betleyem Kral Xəstəxanasının direktoru. Cemma Redqreyv — Minerva Vestenra, Lüsinin anası. Tamer Hassan — Kaha Ruma aka "Mərakeşli".

İstehsal Serialın istehsalına 2013-cü ilin fevralında Budapeştdə başlanılmışdır.

Stiv Şill (Dekster, Qanun & Qayda:Cinayət fikirləri, Tüdorlar) pilot seriyasının rejissoru olmuşdur. Digər seriyalar isə Endi Qoddard (Qanun & Qayda:BK, Dauntoun abbatlığı, Torçvud) Brayn Kelli (İnspektor Lyuis, Dauntoun abbatlığı), Nik Mörfi (İşğal, İbtidai) və Tim Fivell (İnspektor Lyuis, Yeriyən ölü, Seks ustadı) kimi rejissorlar tərəfindən çəkilmişdir.

Əlavə yazarların sırasında Tom Qrayvs (İnsan olmaq, Saray) və Rebekka Kriş (Təsir) kimi məşhurların adı var.

Serialın yayımına başlamamışdan əvvəl NBC telekanalı "Drakulanın dirilməsi" adlı animasiyalı veb kampanyon efirə vermişdi ki, prekvel rolunu oynayan bu material əsas qəhrəmanın tarixçəsini izləyicilərə xatırlatmalı idi.

Seriyalar No.AdRejissorSsenari müəllifiOrijinal efir tarixiABŞ izləyici sayı(milyon)

Mükafat və nominasiyaları İl Mükafat Mükafat Nəticə Qeyd 2014 ABŞ Operatorlar Cəmiyyəti Bir saatlıq televiziya serialında operator işində üstün müvəffəqiyyət Drakula 2014 Xalqın seçimi mükafatı Ən Sevilən yeni TV drama Drakula 2014 Xalqın seçimi mükafatı Yeni serialda Ən sevilən aktyor — Conatan Riz Meyers Drakula

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ teleserialları Kateqoriya:Böyük Britaniya teleserialları Kateqoriya:2013-cü ildə başlayan ABŞ teleserialları Kateqoriya:2013-cü ilin teleserialları Kateqoriya:Drakula Kateqoriya:Fentezi teleserialları Kateqoriya:Dram teleserialları Kateqoriya:Qorxu teleserialları Kateqoriya:Londonda çəkilən filmlər Kateqoriya:Universal Television teleserialları Kateqoriya:2010-cu illərin ABŞ dram teleserialları Kateqoriya:Vampirlər haqqında teleseriallar