"Twilight: Original Motion Picture Soundtrack" — Alatoran filminin 2008-ci ildə satışa çıxarılmış rəsmi film musiqisi albomudur. Film musiqisi bəstəkar Karter Byurvel tərəfindən bəstələnmiş, digər mahnılar isə Aleksandra Patsavas tərəfindən seçilmişdir. Albom 4 noyabr 2008-ci ildə Patsavasın Chop Shop leyblı və Atlantic Records tərəfindən satışa çıxarılmışdır. İlk həftəsində 165,000 nüsxə ilə satılmış albom Billboard 200 hit-paradına 1-ci yerdən daxil olmuşdur. Satışların 29%-i online satışın payına düşürdü. “Twilight: The Score” albomu 25 noyabr 2008-ci ildə onlayn satışa çıxarılmış, 9 dekabr 2008-ci ildən isə marketlərdə satışına başlanmışdır.
Çikaqo filminin musiqi albomundan sonra, Alatoran filminin musiqi albomu ABŞ-də ən çox satılan film musiqisi albomu olmuşdur. Musiqi albomlarının hər ikisi, həmçinin əsas sinql olan Paramore’un “Decode” mahnısı 2010-cu ildə Qremmi mükafatına nominant göstərilmişdir.
Twilight: Original Motion Picture Soundtrack
Rejissor Ketrin Hardvik MTV-yə müsahibəsində alternativ rok qrupu Muse’un mahnısının filmdə istəfadə olunacağını bildirmiş, daha sonra isə həmin mahnının "Supermassive Black Hole" mahnısı olduğunu açıqlamışdı. Həmçinin filmdə Paramore’un iki mahnısı, Mutemath’ın yeni bir mahnısı və Perri Farrellin xüsusi olaraq film üçün yazdığı mahnı da istifadə olunmuşdu. Iron & Wine’ın "Flightless Bird, American Mouth" mahnısı filmdə Kristen Stüartın canlandırdığı Bella Svonun mövzusu seçilmişdi. Albom 2009-cu ildə Ən Yaxşı Film musiqisi nominasiyasında “American Music Award”a layiq görülmüşdür.
Satış
CD bukletinin içində Alatoran filminin dörd posterindən biri qatlanmış vəziyyətdə yerləşdirilmişdir. Oktyabrın 24-də Hot Topic’in ABŞ-dəki məkanlarında eksklüziv Alatoran film musiqilərinin dinlənilməsi təşkil edilmişdir. Paramore'un "Decode" mahnısının akustik versiyası daxil olmaqla albom Borders kitab dükanları tərəfindən alınmışdır. Summit Entertainment Alatoran filmi üçün Fandango və ya MovieTickets.com-dan onlayn kinoteatr bileti alanlara iTunesda "Bella's Lullaby" musiqisi azad mix etmək imkanı yaratmışdır.
Standart mahnı siyahısı
Qeyd Filmin son titrlərində ikinci mahnı olan Radiohead'in "15 Step" (3:59) mahnısı alboma daxil edilməmişdir.
iTunes digital albom
Albomun iTunes-dan alına bilən digital versiyasına albom bukleti, Alatoran şəkilləri ilə yanaşı üç bonus musiqi də daxildir.
# Musiqi/ifaçı Səhnə Müddət 11 "Let Me Sign" - Robert Pattinson Edvard zəhəri bellanın qolundan 2:20 7 "Libiamo ne' lieti calici" - Kral Filarmonik Orkestrı Edvard Bellanı ilk dəfə Kallenlərin evinə gətirir. 3:05 8 "Clair de Lune" - The APM Orchestra Edvard və Bella otaqda musiqi dinləyir. 5:58
Deluxe edition CD/DVD Albomun Deluxe CD/DVD versiyasına aşağıdakı əlavə beş mahnı da daxildir: "Love Is Worth the Fall" (O.A.R.) – 3:38 "Decode" (Acoustic version) (Paramore) – 4:27 "Flightless Bird, American Mouth" (Live) (Iron & Wine) – 4:13 "Spotlight" (Son Lux Remix) (Mutemath) – 3:27 "Full Moon" (Appleblim & Komonazmuk Remix) (The Black Ghosts) – 4:53\
Sinqllar
Paramore'un "Decode" mahnısı albomdan çıxarılan ilk sinql olmuşdur. Sinql Paramore'un fan-klubunda və Stefani Mayerin rəsmi saytında 1 oktyabr 2008-ci ildə təqdim edilmişdir. Mahnıya çəkilmiş klipin premyerası 3 noyabr 2008-ci ildə baş tutmuşdu. 16 fevral 2010-cu ildə 1,000,000 nüsxədən çox satıldığına görə sinql ABŞ-də platinum sertifikat almışdır. Eyni zamanda 2010-cu ildə mahnı Film üçün yazılmış Ən yaxşı mahnı nominasiyasında Qremmi mükafatına nominant göstərilmişdir. Perri Farrellin "Go All the Way (Into the Twilight)" mahnısı albomdan çıxarılmış ikinci sinql olmuşdur. Sinql 23 oktyabr 2008-ci ildə Mayerin rəsmi saytında təqdim edilmişdir.
Hit-parad göstəriciləri
Nielsen Soundscana görə, ilk həftədə 165,000 nüsxə ilə satılmış albom, Billboard 200 hit-paradında 1-ci yerdə debüt etmişdir. Alatoran musiqi albomu, 2002-ci ildə satışa çıxarılmı Səkkizinci mil filminin musiqi albomundan sonra, filmin çıxarılmasının ardından birinciliyə yüksələn ilk albom idi. 16 aprel 2009-cu ildə albom ABŞ-də ikiqat platinum sertifikat almışdır. 2009-cu ilin martında "Deluxe Edition" versiyada yenidən satışa çıxarılan albom 74,000 nüsxədən artıq satılaraq Billboard 200 hit-paradında 14-cü yerdən 3-cü yerə yüksəlmişdir. 2009-cu ilin oktyabr ayına kimi bütün dünyada 3,5 milyon nüsxədən çox satılan albom 48 həftə Billboard 200 hitparadında qalmışdı.
Bundan başqa 9 fevral 2009-cu ildə albom Yeni Zellandiyada birinci yerə yüksəlmiş, 15,000 nüsxədən artıq satıldığına görə platinum sertifikat almışdır. Meksikada 50,000 nüsxədən artıq satılan albom qızıl sertifikat almışdır.
Hit-parad (2008yerYüksəldiyipositionU.S. Billboard 2001Argentine Albums Chart5U.S. Billboard Top Rock Albums1Canadian Albums Chart4Mexican AMPROFON Albums ChartMexican AMPROFON Albums Chart, - 13th January 2009 5Mexican Top 20 International Albums Chart2Australian ARIA Albums Chart2New Zealand RIANZ Albums Chart1French Top 200 Albums Chart4German Top 100 Albums Chart6Greek Top 50 Albums Chart1Italian FIMI Compilations Chart3Swiss Top 100 Albums Chart12Austrian Top 75 Albums Chart4Finnish Top 40 Albums Chart14Spanish PROMUSICAE Albums Chart28UK Compilation Album Chart9
Sertifikatlar
Ölkə sertifikatAvstriyaPlatinumAlmaniyaPlatinumMeksiaGoldPolşaGoldABŞ2× Platinum
İl sonu hit-paradlar
Hit parad (2009) MövqeGerman Albums Chart15Swiss Albums Chart35US Billboard 2004
Twilight: The Score
Karter Byurvel filmin musiqilərinin yazılması və orkestrasiyasını 9-10 həftə içində tamamlamış, sentyabrın sonlarında iki həftə ərzində onların mix versiyalarının hazırlanması və yazılması tamamlanmışdır. Film musiqisi Edvard və Bellanın münasibətinə həsr edilmiş “Sevgi mövzusu” ilə başlayır, ardınca variasiyalar, o cümlədən filmdə Edvardın Bella üçün ifa etdiyi və alboma da bu versiyada daxil edilmiş "Bella's Lullaby" musiqisi gəlir. Filmin musiqisi film başlayandan sona çatana kimi dayanmadan bir-birini əvəz edən parçalar çəklində səslənir və “hekayəni hərəkətə gətirən qüvvə rolunu oynayır.” Byurvelin bəstələdiyi digər bir musiqi filmin başlanğıcında səslənən “Yırtıcı heyvan mövzu”dur ki, bu musiqi ilə bəstəkar Edvardın vampire təbiətini göstərməyə çalışmışdır. Film musiqisinə bass-xətti, zərb və gitarla müşayət olunan köçəri vampirlər musiqisi və Kallenlər ailəsinin musiqisi daxildir. "Twilight: The Score" albomu 25 noyabr 2008-ci ildə onlayn, 9 dekabr 2008-ci ildə isə dükanlarda satışa çıxarılmışdır. 2010-cu ilin iyununa kimi bu albom ABŞ-də 218,000 nüsxədən çox satılmışdır.
Musiqi siyahısı
"How I Would Die" – 1:53 "Who Are They?" – 3:26 "Treaty" – 1:58 "Phascination Phase" – 2:04 "Humans Are Predators Too" – 2:04 "I Dreamt of Edward" – 1:06 "I Know What You Are" – 2:37 "The Most Dangerous Predator" – 2:22 "The Skin of a Killer" – 2:58 "The Lion Fell in Love with the Lamb" – 3:10 "Complications" – 1:11 "Dinner with His Family" – 0:38 "I Would Be the Meal" – 1:24 "Bella's Lullaby" – 2:18 "Nomads" – 3:51 "Stuck Here Like Mom" – 1:40 "Bella Is Part of the Family" – 1:24 "Tracking" – 2:19 "In Place of Someone You Love" – 1:45 "Showdown in the Ballet Studio" – 4:50 "Edward at Her Bed" – 1:05
Hit-parad göstəriciləri
Hit-parad (2008)YüksəldiyiyerU.S. Billboard 20065Australian ARIA Albums Chart52
İstinadlar
Xarici keçidlər
Rəsmi Alatoran film musiqisi saytı
Kateqoriya:2008-ci ilin saundtrekləri Kateqoriya:Atlantic Records saundtrekləri Kateqoriya:Chop Shop Records saundtrekləri