Partizanske () — Slovakiyanın qərbində şəhər. Nitra və Nitritsa çaylarının qovuşduğu yerdə, Tribeç və Strajovske-Vrhi dağ massivlərinin yamacında yerləşir. Trençin bölgəsində yerləşir. Əhalisi 28 min nəfərdir.
Tarix Partizanske cavan bir şəhərdir — əsası 1938-ci ildə, Bata ayaqqabı firmasının burada açılması ilə qoyulmuşdu. Bata firması öz zavodunu Şimovanı kəndinin yanında salmışdı və beləliklə Batyovanı yaşayış məntəqəsi yaranmışdı. 1948-ci ildə Batyovanı şəhər statusu almış, 1949-cu ildə isə, İkinci Dünya müharibəsi dönəmində burada genişlənmiş partizan döyüşlərinin şərəfinə, şəhərin adını dəyişərək Partizanske qoymuşdular.
Əhali Əhalinin etnik müxtəlifliyi Slovaklar – 97,62 % Çexlər – 0,69 % Qaraçılar – 1,32 %Macarlar – 0,28 % Polyaklar – 0,06 % Almanlar – 0,03 % digərlər
Əhalinin konfessiya müxtəlifliyi roma-katolikləri – 73,88 % ateistlər – 18,07 % yevangelik kilsə v.d. – 2,95 % yunan-katolikləri – 0,18 % pravoslavlar – 0,06 % digərlər
Qalereya
İstinadlar
Kateqoriya:Slovakiya şəhərləri Kateqoriya:Planlı şəhərlər Kateqoriya:Yaşayış kompleksləri