Oklend gimnaziyası () — Yeni Zelandiyadakı dövlət orta məktəblərindən biri. Oklenddə yerləşir. 2011-ci ildə Gimnaziyada şagirdlərin sayı 2461 nəfər idi ki, bu göstəriciyə görə məktəb Yeni Zelandiyada 6-cı sıradadır. Gimnaziya daxilində xarici tələbələr üçün yaradılmış yataqxanalar mövcuddur.
Oklend gimnaziyası Yeni Zelandiyanın ən öndəgedən akademik orta məktəbi kimi tanınır. "Metro Magazine" adlı jurnal Kembric sistemli gimnaziyanın nəticələrini yüksək göstərərək ona yüksək xallar vermişdirTop Academic School | Auckland Grammar School . Ags.school.nz. Retrieved 2012–08–27..
Tarixi Gimnaziya 1850-ci ildə general-qubernator Ser Corc Qrey tərəfindən yaradılmışdır. 1868-ci ildən təhsil müəssisəsi kimi fəaliyyət göstərir.
Məktəbin devizi "Per Angusta Ad Augusta" ().
Xarici tələbələr Gimnaziyada 90–100 civarında xarici tələbə təhsil alır. Burada təhsil almaq üçün xarici tələbələrdən ingilis dili bilikləri səviyyəsinin yoxlanılması üçün test imtahanlarının verilməsi, ingilis dili intensiv kurslarını başa çatdırması tələb oluna bilər. Oklend Gimnaziyasında təhsil almaq üçün xarici tələbələr hər il 20.000 ABŞ dolları civarında təhsil haqqı ödəməlidirlər.
Məktəbin görkəmli məzunları Rassel Krou Edmund Hillari
Həmçinin bax Oklend Universiteti
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Oklenddə təhsil