Kazım Feyruz oğlu Həsənquliyev — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2006).

Həyatı Kazım Həsənquliyev 1968-ci ildə aprel ayının 12-də Bakı şəhərində anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olunub. Aktyor tələbəlik illərində "Mənim ağ şəhərim" (Rövşən) filminə çəkilib. Ə.Hacızadənin "İtkin gəlin" (Yusif), O.Kamalın "Yad qızı" (Haldun) və İ.Əfəndiyevin "Qaçaq Süleyman" (Qaçaq Rəşid) silsilə televiziya tamaşalarında oynayıb.

1994-cü ildən Akademik Milli Dram Teatrının kollektivinə qəbul edilib. Teatrda işlədiyi illər ərzində o, həm klassik, həm də çağdaş milli və əcnəbi dramaturqların pyeslərinin tamaşalarında dram obrazlarını canlandırıb.

Kazım Həsənquliyev 16 may 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə, 9 may 2024-cü ildə və 7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.

Əsas rolları

Akademik Milli Dram Teatrın Məhəbbət yaşadır (N.Hacızadə) — Elcan Ana intiqamı (V.Babanlı) — erməni əsgəri Ağqoyunlular və Qaraqoyunlular (Ə.Əmirli) — Fərid Qisas qiyamətə qalmaz (N.Hacızadə) — Rövşən Hökmdar və qızı (İ.Əfəndiyev) — Əbülfət xaan Özümüzü kəsən qılınc (B.Vahabzadə) — Arslan Burla xatun (N.Xəzri) — kafir Dəlilər və ağıllılar (İ.Əfəndiyev) — Rövşən Kral Lir (V.Şekspir) — nökər Dar ağacı (B.Vahabzadə) — Altay Hərdən mənə mələk də deyirlər (K.Abdulla) — oğlan Hamlet (U.Şekspir) — Voltimand Skapenin kələkləri (J.B.Molyer) — Oktav Bu dünyanın adamları (Hidayət) — Dadaşzadə Mesenat (Əli Əmirli) — Məhəmmədtağı Əmir Teymur (Hüseyn Cavid) — Divanbəyi Ölülər (Cəlil Məmmədquluzadə) — Mirzə Hüseyn müəllim Müfəttiş (Nikolay Qoqol) — Artemi Filippoviç Zemlyanika Vəsiyyət (Hüseynbala Mirələmov) — Elman

Filmoqrafiya Yad qızı (film, 1990) Mənim ağ şəhərim (film, 1993) İtkin gəlin (film, 1994) Yük (film, 1995) Ümid (film, 1995) Canavar balası Yağışdan sonra (film, 1998) Sifarişçi (film, 2000) Bir anın həqiqəti (film, 2003) Muradına çatan Günəş Mən orucam (film, 2016) Ata ocağı (film, 2017)

İstinadlar

Mənbə Kazım Həsənquliyev Həsənquliyev Kazım

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları