Henri Uilyam Delqlayş Kavill (; d:5.5.1983) — Britaniyalı aktyor. Henri kino karyerasına 2001-ci ildə Laquna filmi ilə başlayıb. 2002-ci ildə Albert Mondeqo rolu ilə Monte Kristonun Hesablaması filmi ilə başlayıb. daha sonra o BBC kanalında yayımlanan İnspektor Linli Misteries, Midsomer Qatilləri və Tudors seriallarında, həmçinin Tristian və İzolde, Ulduz Tozu və Ölümsüzlər kimi filmlərdə çəkildi.
Həyatı Henri Britaniyanın Kanal Adalarının Cersi adasında dünyaya gəlib. Anası Marianna bankda katib, atası Kolin isə birjaçı idi. Onun dörd qardaşı var. İngiltərədə Stowe School adlı məktəbə başlamazdan əvvəl Cerseydəki St. Michael's Preparatory School məktəbində təhsil alıb.
Karyerası left|thumb|Henri 2014-cü ildə San Diego Comic-Con International-da Henri filmlərə 2001-ci ildən etibarən çəkilməyə başladı. İlk Laquna (2001) adlı filmdən sonra növbəti il Monte Kristonun Hesablaması filmində rol aldı. Bundan sonra o BBC telekanalındakı İnspektor Linli Misteries, Midsomer Qatilləri və Tudors seriallarında sonra Qalanı Tutmaq (2003), Cəhənnəmin Yüksəlişi: Cəhənnəm Dünyası (2005), Qırmızı Papaq (2006) və Tristian və İzolde kimi bir sıra filmlərə çəkildi. 2007-ci ildə Metyu Vauhun Ulduz Tozu filmində rol aldı.
Henrinin fanatları onu 2005-ci ildə nümayiş olunan Harri Potter və Alov Kuboku filmində Sedrik Diqori rolunda görmək istəyirdilər. Ona görə də o, bu filmin kastinqlərinə qatıldı, lakin bu rol sonradan Robert Pattinsona verildi. Həmçinin Stefani Mayer özünün Alatoran romanı əsasında çəkilən eyni adlı filmdə də Edvard Kallen rolunun məhz Henrinin oynamağını istəmişdi. Lakin Henrinin yaşı çox olduğuna görə bu rol yenidən Robert Pattinsona verildi.
Filmoqrofiya thumb|right|180px|Henri 2011-ci ildə San Diego Comic-Con International-da'''
Film İl Filmin adı Rol Qeydlər 2001 Laquna Tomas Aprea 2002 Monte Kristonun Hesablaması Albert Mondeqo 2002 Əlvida, Mister Çips Əsgər Kolley Televiziya filmi 2003 Qalanı Tutmaq Stefen Kolley 2005 Cəhənnəmin Yüksəlişi: Cəhənnəm Dünyası Mayk 2006 Tristan və İzolde Melot 2006 Qırmızı Papaq Ovçu 2007 Ulduz Tozu Humpfrey 2009 İşləyən Hərşey Rendi Li Ceyms 2009 Qanlı Körfəz Evan Marşall 2011 Ölümsüzlər Zeseus 2012 Günün Soyuq İşığı Uill Şau 2013 Polad Adam Supermen — Klerk Kent 2015 A. N. K. L-dan Gələn Adam Napolyon Solo 2016 Betmen Supemenə Qarşı: Ədalətin Şəfəqi Supermen — Klerk Kent 2017 Qum Qalası Kapitan Siverson 2017 Ədalət Liqası Supermen — Klerk Kent
Televiziya
Serial İl Filmin adı Rol Qeydlər 2002 Inspector Linli Misteries Ças Quilter Seria: "Yaxşı Təhsil Almış Qatil" 2003 Midsomer Qatilləri Saymon Mayfield Seria: "Yaşıl Adam" 2007–2010 Tudorlar Çarles Brandon 38 seria
Xarici keçidlər
Aktyorun rəsmi saytı
İstinadlar Kateqoriya:İngiltərə aktyorları Kateqoriya:XXI əsr aktyorları