Məhərrəm Məmmədov (tam adı: Məhərrəm Əvəz oğlu Məmmədov; ) — Azərbaycanlı filoloq, filologiya elmləri doktoru, professor. 2023-cü ildən etibarən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri.
Həyatı
10 oktyabr 1958-ci ildə Azərbaycanın Zərdab rayonunun Əlvənd kəndində anadan olmuşdur.
1981–1985-ci illərdə İsmayıllı rayonunda Azərbaycan dili-Ədəbiyyat müəllimi işləmişdir.
1998-ci ildən hal-hazıra qədər BDU-nun türkologiya kafedrasında "Azərbaycan dialektologiyası", "Altayşünaslığın əsasları", "Türk dilçiliyinin əsasları", "Qədim türk dili", "Türkologiyaya giriş" fənlərindən dərs deyir.
Təhsili 1975-ci ildə Göyçay şəhəri 6 saylı orta məktəbi bitirmişdir.
1975–1980-ci illərdə BDU-nun filologiya fakültəsində oxumuşdur.
1986–1989-cu illərdə AMEA-nın Dilçilik İnstitutunun əyani aspirantı olmuşdur.
1990–1998-ci illərdə AMEA-nın Dilçilik İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.
Elmi fəaliyyəti 1989-cu ildə “Azərbaycan dilinin Təbriz dialekti” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1991-ci ildə Ufada, 1999-cu ildə Bakıda, 2010-cu ildə Krımda və 2017-ci ildə Türkiyədə "VIII Uluslararası Böyük Türk Dili Qurultayı" elmi konfranslarında iştirak etmişdir.
2006-cı ildə “Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
2007-ci ildə dosent, 2009-cu ildə professor elmi adını almışdır.
100-dən çox məqalə, 1 monoqrafiya və 7 kitabın müəllifidir.
Seçilmiş məqalələri Azərbaycan dili şivələrində y variantlı hal şəkilçiləri və onların mənşəyi - Dil və ədəbiyyat, 2004 Hallanma prosesində bitişdirici n samiti və onun mənşəyinə dair, AMEA-nın xəbərlər, 2005, 3 İsmə aid edilən xəbərlik kateqoriyasının qrammatik mənsubiyyətinə dair, BDU-nun xəbərlər, 2001 Azərbaycan dili şivələrində ikiqat hallanmanın izləri, BDU-nun xəbərləri, 2003 Adlıq halın semantik xüsusiyyətləri(şivə materialları əsas.), BDU-nun xəbərləri, 2005 Qədim -q,-k kəmiyyət şəkilçisi və onun Azərbaycan dli şivələrində izləri, BDU-nun xəbərləri, 2005 Hallanma prosesində saitlərin uzun tələffüzünə dair, ADPU-nun xəbərləri, 2004 Qarabağ dialekti mənbələrdə- Konfransın materialları, 2003 Azərbaycan dili şivələrində hal izoqlosları- Tədqiqlər, 2004 Ural- Altay dillərində velyar ŋ fonemi- Konfrans materialları, 2006 Krım- tatar dilində oğuz xüsusiyyətləri- BDU-nun xəbərləri, 2010 Zərdab şivəsinin morfoloji xüsusiyyətləri- BDU-nun xəbərləri. 2011 Güney Azərbaycan şivələrinin tədqiqi, təsnifi və əsas xüsusiyyətləri, "Sələflər və xələflər", Bakı, 2014
Seçilmiş əsərləri Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları. Bakı, 2003 Mətnşünaslıq fənninin proqramı, Bakı, 2003 Altayşünaslığın əsasları kursunun proqramı, Bakı, 2005 Türk dilçiliyinin əsasları fənninin proqramı, Bakı, 2005 Güney Azərbaycan şivələri kursunun proqramı, Bakı, 2005 Linqvistik mətnşünaslıq fənninin proqramı, Bakı, 2008 Azərbaycan dilinin Təbriz dialekti (dərs vəsaiti). Bakı, 2008
Kitabları Azərbaycan dili şivələrində ismin mənsubiyyət kateqoriyası. Bakı, 2000 Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları. Bakı, 2003 Azərbaycan dilinin Təbriz dialekti. Bakı, 2008 Azərbaycan dialektologiyasına dair mühazirələr. Bakı, 2012 Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası. Bakı, "Elm və təhsil", 2015 (həmmüəllif) Azərbaycan dilinin Naxçıvan dialektoloji lüğəti. Bakı, "Elm və təhsil", 2017, (həmmüəllif) Azərbaycan dialektologiyası. Dərslik. Bakı, "Zərdabi nəşr", 2019
Qalereya
Mənbə
Kateqoriya:Azərbaycan filoloqları Kateqoriya:Azərbaycanlı filoloqlar Kateqoriya:Azərbaycan türkoloqları Kateqoriya:Azərbaycanlı türkoloqlar