Bədavi Hüseynov () — ləzgiəsilli Azərbaycanlı futbolçu. Mövqeyi müdafiəçi olan Bədavi Hüseynov, 2012-ci ildən Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" komandasında mübarizə aparır. Milliyyətcə ləzgidir.
Bədavi Hüseynov həmçinin 2012-ci ildən Azərbaycan yığmasının uğurları üçün çalışır. Azərbaycan yığmasında 2024-cü ilin iyun ayına kimi 71 oyunda meydana daxil olan Bədavi Hüseynov, karyerası ərzində 3 dəfə Azərbaycan Premyer Liqasının, 2 dəfə isə Azərbaycan Kubokunun çempionu olub.
Həyatı Bədavi Hüseynov 11 iyul 1991-ci ildə Dağıstanın Kaspiysk şəhərində anadan olub. Bədavi Hüseynov 2007-ci ildə futbol karyerasına yerli "Dağdizel" komandasının heyətində başladı. 2010-cu ilin avqust ayında Bədavi Hüseynov "Anji" komandasının əvəzedici heyətinə transfer olundu. O burada mövsüm ərzində 11 oyunda meydana daxil oldu. 2011-ci il mövsümündə isə Bədavi Hüseynov bir oyun istisna olmaqla "Anji"-nin heyətində bütün çempionat oyunlarında meydana daxil oldu. Növbəti mövsüm o "Anji"-nin əvəzedici heyətinin kapitanı olmasına baxmayaraq Azərbaycan Premyer Liqasında mübarizə aparan "Sumqayıt" komandasına 2011/2012 mövsümünün sonuna qədər icarəyə verildi. Mövsümün sonunda Bədavi Hüseynov 160 000 ($) dollar müqavilində Ağdam təmsilçisi olan "Qarabağ" komandasına transfer olundu.
Karyerası thumb|left|300x300px|Bədavi Hüseynov "Anji"nin heyətində
Dağdizel FK Bədavi Hüseynov 2008-ci ildə Dağdizel komandasının heyətində Rusiya II Divizonunun cəbub zonasında 12 oyunda meydana daxil oldu. 2009-cu ildə Bədavi Hüseynov əsas heyətdə daha möhkəmləndi və artıq 7-si əsas heyətdə olmaqla 17 oyunda meydana daxil oldu. 2010-cu ildə o "Dağdizel"in heyətində sonuncu mövsümünə keçirdi. Bədavi Hüseynov 20 oyunda meydana daxil oldu. "Dağdizel"dən ayrılan Bədavi Hüseynov Mahaçqalanın "Anji" komandası ilə müqavilə bağladı.
Anji FK Bədavi Hüseynov "Anji"nin heyətində 2011-ci il mövsümündə əvəzedici komandada əsas heyət futbolçusu kimi mübarizə apardı. O, Mahaçqala təmsilçisində bütün çempionat görüşlərində meydana daxil oldu. 2011-ci ildə Bədavi Hüseynov əvəzedici heyətin kapitanı olmasına baxmayarq, 2011/2012 mövsümünün sonuna qədər Azərbaycan Premyer Liqasında çıxış edən "Sumqayıt"a icarəyə verildi.
Sumqayıt FK 11 sentyabr tarixində Bədavi Hüseynov "Sumqayıt"ın heyətində Azərbaycan Premyer Liqasında debüt etdi. Ağdamın "Qarabağ" komandasına qarşı keçirilən oyunda Bədavi Hüseynov start heyətində meydana daxil oldu və 90 dəqiqə mübarizə apardı. Həmin oyun 0–0 hesablı heç-heçə ilə başa çatdı.
2011/2012 mövsümünün sonuna qədər Bədavi Hüseynov "Sumqayıt"ın heyətində 28 oyunda meydana daxil oldu. Mövsümün sonunda Bədavi Hüseynov Ağdamın "Qarabağ" komandasına transfer olundu.
Qarabağ FK 2012/2013 mövsümü
Bədavi Hüseynov Qarabağın heyətində 2012/2013 mövsümündə birinci oyununa
2013/2014 mövsüm
2014/2015 mövsüm
2015/2016 mövsüm
2016/2017 mövsüm
Bədavi Hüseynov "Qarabağ"ın heyətində 2016/2017 mövsümünə 12 iyul tarixində başladı. Lüksemburqun "Düdelanj" komandasına qarşı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən oyunda Bədavi Hüseynov meydana start heyətində daxil oldu. Həmin oyun "Qarabağ"ın 2–0 hesablı qələbə isə başa çatdı.
Statistika Son yenilənmə tarixi: 12 iyul 2016
KomandaMövsümLiqaKubokUEFACəmiOyunQolOyunQolOyunQolOyunQol Dağdizel FK2008120——1202009170——1702010200——200Cəmi490——490 Sumqayıt FK2011/201226020—280Cəmi26020—280 Qarabağ FK2012/201317040—2102013/201432130103612014/2015280301204302015/2016300401204602016/201700001010Cəmi10711401601371Ümumi18211601602141
Azərbaycan yığması karyerası Bədavi Hüseynov 2011-ci ildə hələ "Sumqayıt"ın futbolçusu olan zaman Azərbaycanın 21 yaşlılardan ibarət yığmasına dəvət olundu. Bədavi Hüseynov həmin ilin 1 sentyabr tarixində 21 yaşlıların UEFA Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə İngiltərəyə qarşı keçirilən oyunda start heyətində meydana daxil olaraq debüt etdi. Həmin görüşdə Azərbaycan yığması 0–6 hesabı ilə məğlub oldu. 2012-ci ilin avqust ayına qədər Bədavi Hüseynov Azərbaycan yığmasında 7 oyun keçirdi. Onun sonuncu oyunu 2012-ci ilin 6 avqust tarixinə təsadüf etdi. Mərdəkanda baş tutan oyunda rəqib yenə İngiltərə yığması oldu. 90 dəqiqə ərzində meydanda mübarizə aparan Bədavi Hüseynov həmin görüşdə Azərbaycanın 21 yaşlılardan ibarət yığmasına vida etdi.
Bədavi Hüseynov 2012-ci ilin fevral ayında Berti Foqts tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutan Azərbaycan yığmasının təlim-məşq toplanışına dəvət etdi. Bədavi Hüseynov Azərbaycan yığmasında debüt oyununa 27 fevral tarixində yoldaşlıq oyunu çərçivəsində Hindistan yığmasına qarşı çıxdı. Azərbaycan yığmasının 3–0 hesabı ilə qalib gəldiyi oyunda Bədavi Hüseynov yalnızca 7 dəqiqə meydanda mübarizə apardı. O 83-cü dəqiqədə Ruslan Abışovun əvəzinə meydana daxil oldu. Bədavi Hüseynov Azərbaycan yığmasında birinci beynəlxalq oyununa 14 noyabr tarixində Belfast şəhərində çıxdı. Bədavi Hüseynov Şimali İrlandiya yığmasına qarşı keçirilən oyunun 63-cü dəqiqəsində Əli Gökdəmirin əvəzinə meydana daxil oldu. "Qarabağ"ın əsas komandasında daim start heyətində meydana çıxan Bədavi Hüseynov, həmçinin Azərbaycan yığmasında da daim əsas medafiəçi hesab olundu. 2015-ci ildə İtaliya yığmasına qarşı baş tutan oyunun 88-ci dəqiqəsində qırmızı vərəqə alan, Bədavi Hüseynov 2024-cü ilin iyun ayına qədər Azərbaycan yığmasında 71 oyunda meydana daxil olub. SıraTarixStadionRəqibHesabQolYarış127 fevral 2012The Sevens Stadionu, Dubay Hindistan3–00Yoldaşlıq oyunu214 noyabr 2012Windsor Park, Belfast Şimali İrlandiya1–10Dünya Çempionatı 2014, s/m31 fevral 2013The Sevens Stadionu, Dubay Özbəkistan0–00Yoldaşlıq oyunu46 fevral 2013Zabeel Stadionu, Dubay Lixtenşteyn1–00Yoldaşlıq oyunu529 may 2013Jassim Bin Hamad Stadionu, Doha Qətər1–10Yoldaşlıq oyunu614 avqust 2013Bakcell Arena, Bakı Malta3–00Yoldaşlıq oyunu711 oktyabr 2013Bakcell Arena, Bakı Şimali İrlandiya2–00Dünya Çempionatı 2014, s/m815 noyabr 2013A. Le Coq Arena, Tallin Estoniya2–10Yoldaşlıq oyunu919 noyabr 2013Dolen Omurzakov Stadionu, Bişkek Qırğızıstan0–00Yoldaşlıq oyunu1025 mart 2014Maktoum bin Rəşid Stadionu, Dubay Filippin1–00Yoldaşlıq oyunu1127 may 2014Candlestick Park, San-Fransisko ABŞ0–20Yoldaşlıq oyunu123 sentyabr 2014Arena Ximki, Ximki Rusiya0–40Yoldaşlıq oyunu139 sentyabr 2014Bakcell Arena, Bakı Bolqarıstan1–20UEFA Avro 2016, s/m1410 oktyabr 2014Renzo Barbera Stadionu, Palermo İtaliya1–20UEFA Avro 2016, s/m1513 oktyabr 2014Qradski, Osiyek Xorvatiya0–60UEFA Avro 2016, s/m1628 mart 2015Tofiq Bəhramov Stadionu, Bakı Malta2–00UEFA Avro 2016, s/m177 iyun 2015NV Arena, St. Pöllen Serbiya1–40Yoldaşlıq oyunu1812 iyun 2015Ullevaal Stadionu, Oslo Norveç0–00UEFA Avro 2016, s/m193 sentyabr 2015Bakcell Arena, Bakı Xorvatiya0–00UEFA Avro 2016, s/m206 sentyabr 2015Ta'Qali Satdionu, Ta'Qali Malta2–20UEFA Avro 2016, s/m2110 oktyabr 2015Bakı Olimpiya Stadionu, Bakı İtaliya1–30UEFA Avro 2016, s/m2217 noyabr 2015Bakı Olimpiya Stadionu, Bakı Moldova2–10Yoldaşlıq oyunu2326 mart 2016Gloria Stadionu, Antalya Qazaxıstan0–10Yoldaşlıq oyunu2429 may 2016Bad Erlaç Stadionu, Bad Erlaç KYR Makedoniya1–30Yoldaşlıq oyunu
Uğurları Azərbaycan Premyer Liqası Qızıl medal (3) — 2013/2014, 2014/2015, 2015/2016 Gümüş medal (1) — 2012/2013
Azərbaycan Kuboku Qızıl medal (2) — 2014/2015, 2015/2016
Antirekordu 2018–2019 mövsümü Premyer Liqanın XVIII turunda keçirilmiş "Sabah" — "Qarabağ" matçında Bədavi Hüseynov avtoqol müəllifi olub. 28 yaşlı oyunçu Premyer Liqada tarixində üçüncü dəfə topu öz qapısına vurub. Hüseynov 2011/12 mövsümündə "Sumqayıt"da çıxış edərkən "Kəpəz"lə, 2013/14 mövsümündə isə "Qarabağ"ın heyətində "Simurq"la səfər oyunlarında da uğursuzluqla üzləşib. Müdafiəçi Azərbaycan çempionatları tarixində hamıdan çox – 3 avtoqola üzülən 7-ci oyunçudur. Ona qədər Ayxan Abbasov, Saşa Yunisoğlu, Denis Silva, Ruslan Abışov, Natiq Qasımov və Jairo Rodriges də eyni sayda avtoqol müəllifi olub.
Mənbələr
Xarici keçidlər Bədavi Hüseynovun UEFA profili Bədavi Hüseynovun Soccerway profili
İstinadlar
Kateqoriya:Azərbaycan ləzgiləri Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Dağıstan əsilli azərbaycanlılar Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Anji Mahaçqala FK futbolçuları Kateqoriya:Futbol mərkəz müdafiəçiləri Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular