Əjdər Qüdrət oğlu Həmidov () — Azərbaycan teatr və kino aktyoru,Həmidov, Ə. Heç vaxt hansısa rolun arzusunda olmamışam: [Əməkdar artist Əjdər Həmidovla sənət yolu barədə müsahibə] //Üç nöqtə.- 2011.- 12 fevral.- S.15. Azərbaycan Respublikasının xalq artisti (2018).

Həyatı Əjdər Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun (keçmiş Dəvəçi rayonun) Aygünlü kəndində anadan olmuşdur. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilən Ə.Həmidov bu teatrın səhnəsində bir sıra maraqlı rollar oynamışdır.

Onun Vəzir ("Lənkəran xanının vəziri" M.F.Axundov), ("Tamahkar" S.S.Axundov), Milis ("Bəxt üzüyü" V.Səmədoğlu), Məlik ("Adamın adamı" Anar), Sərsəri ("Bütün Şərq bilsin" N.Həsənzadə), Dursunəli ("Dursunəli və ballıbadı" S.M.Qənizadə) və s. kimi obrazları tamaşaçı rəğbəti qazanmışdır.

Ə.Həmidov 1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilmişdir. Bu illər ərzində o, Şeytan ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), 1-ci kafir ("Burlaxatun" N.Xəzri), Daşdəmir ("Bu dünyanın adamları" Hidayət), Vanya Koxa ("Hökmdar və qızı" İ.Əfəndiyev), Məşədi Oruc ("Ölülər" C.Məmmədquluzadə), Şou-Zəli ("Hələ "sevirəm" deməmişdilər…" R.Novruz), Dito ("Kaş araba aşmayaydı" O.İoseliani) kimi müxtəlif janrlı obrazlar yaratmışdır.

Aktyor "Azərbaycanfilm"in istehsal etdiyi bir sıra filmlərdə uğurlu obrazlar yaratmışdır. "Kişi sözü"ndə Qasım, "Lətifə"də Əhməd, "Hacı Qara"da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevirmişdir. 2006-cı ildə çəkilmiş "Yoxlama" adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirmişdir.

Əjdər Həmidov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Əjdər Həmidov 2020-ci il noyabr ayının 24-də Kliniki Tibbi Mərkəzdə insultdan vəfat edib.

Teatr səhnəsindəki rolları Şeytan ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə) 1-ci kafir ("Burlaxatun", Nəbi Xəzri) Daşdəmir ("Bu dünyanın adamları", Hidayət) Vanya Koxa ("Hökmdar və qızı", İlyas Əfəndiyev) Məşədi Oruc ("Ölülər", Cəlil Məmmədquluzadə) Şou-Zəli ("Hələ "sevirəm" deməmişdilər…", Ramiz Novruz) Dito ("Kaş araba aşmayaydı", O. İoseliani) Nəcəf ("Qürbətdən gələn məktublar", Həsən Həsənov) Vasa dayı ("Nazirin xanımı", Branislav Nuşiç) Almurad ("Mənim günahım", İlyas Əfəndiyev) Polis ("Generalın son əmri", Vaqif Səmədoğlu) Hacı Kazım ("Ölülər", Cəlil Məmmədquluzadə) Balarza ("Almaz", Cəfər Cabbarlı)

Filmoqrafiya Aramızda qalsın (film, 2011-2013) (bədii serial) — rol: Sabir Azarkeş (film, 2008) — rol: Argentina Murtuz Canavar balası — rol: Vazgen Dünən, bu gün, sabah (film, 1992) - rol: Qasım Gənc qadının kişisi (film, 1988) - rol: Əsgərov Girişmə, öldürər! (film, 1990) - rol: Əjdər Hacı Qara (film, 2002) — rol: Kərəməli Hər şey yaxşılığa doğru - rol: zabit Heydər Əliyev (film) Kişi sözü (film, 1987) - rol: Qasım Lətifə (film, 1989) - rol: Əhməd Məhəllə (film, 2003) - rol: taksi sürücüsü Mənim ağ şəhərim (film, 1993) - rol: Muradovun sürücüsü Milli bomba (film, 2004) - rol: Məmməd Sahilsiz gecə (film, 1989) - film səsləndirən: Sürücü Şirin bülbül (film, 2000) - rol: Səftər Təlatüm (film, 2006) - rol: Kamil Şabanov Tənha durna uçuşu (film, 2003) - rol: Sürücü Yerlə göy arasında (film, 1999) Yoxlama (film, 2006) - rol: Habil

İstinadlar

Mənbə Əjdər Həmidov "Aktyorun sənətdə olması onun yaşaması deməkdir: Əjdər Həmidov: Mən qoçalmışamsa, filmdə cavan obrazı canlandırmayacam ki, ata-baba obrazını oynayacam" //Üç nöqtə.- 2015.- 8 aprel.- S.13.

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:"Cəfər Cabbarlı" mükafatı laureatları Kateqoriya:İnsultdan vəfat edənlər Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları